RU EN

ASA ilə TÜİB arasında görüş keçirilib

22-04-2022

ASA ilə TÜİB arasında görüş keçirilib
Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər Birliyi (TÜİB) arasında işgüzar görüş keçirilib.
Görüşdə ASA-nın İcraçı direktoru Elmar Mirsalayev Assosiasiya haqqında danışaraq həyata keçirilən layihələr və əməkdaşlıqlarla bağlı geniş məlumat verib. İcraçı direktor Türkiyə ilə Azərbaycan arasında hər bir sahədə inkişaf edən qarşılıqlı əməkdaşlığın sığorta sahəsində məhz ASA-nın təşəbbüsü ilə qurulduğunu qürur hissi ilə dilə gətirib.
Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin sədri Hüseyin Büyükfırat da öz növbəsində sığortanın önəmindən danışaraq ASA-nın fəaliyyətini təqdir etdiyini bildirib.
ASA-nın icraçı direktoru iki qurum arasında qarşılıqlı əməkdaşlıq imkanlarının mümkün olduğunu dilə gətirib. O qeyd edib ki, növbəti mərhələdə TÜİB-ə üzv olan və ölkəmizdə fəaliyyət göstərən türkiyəli iş adamları ilə sığortaçıların görüşünü təşkil edib, Birlik üzvlərinə iş dünyası üçün maraqlı ola biləcək sığorta növləri və məhsulları ilə bağlı təqdimatlar nümayiş etdirmək olar.
Görüşün sonunda hər iki tərəf növbəti mərhələdə təmin olunacaq qarşılıqlı əməkdaşlıq imkanları ilə bağlı razılığa gəlib.

Son xəbərlər

"Türkiyə-Azərbaycan Ticarət Heyətinin İşgüzar Görüşü"nə həsr olunmuş tədbir

Bu gün Bakıda Türkiyənin Ticarət Nazirliyi və Türkiyə İxracatçılar Məclisinin birgə təşkilatçılığı ilə..

02-04-2024

Aqrobiznesin İnkişafı Forumu

Bu gün Qubada Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin təşkilatçılığı ilə..

29-03-2024