RU EN

Xəbərlər

Yerli sığortaçılar üçün "IFRS-17" təlimi təşkil olunub

Azərbaycan Sığortaçılar Assosiasiyası və ASA Tədris Mərkəzi yerli sığorta bazarının təlim ehtiyaclarını ən yüksək səviyyədə qarşılamaqda davam edir. Bu istiqamətdə Azərbaycan Sığortaçılar Assosiasiyası və ASA Tədris Mərkəzinin nüfuzlu beynəlxalq "Grant Thornton" şirkəti ilə əməkdaşlığı çərçivəsində Azərbaycanın sığorta bazarı iştirakçıları üçün növbəti təlim layihəsi həyata keçirilib. "IFRS-17 - Yeni beynəlxalq maliyyə hesabatı standartları" mövzusuna həsr olunmuş təlimdə 10-dan çox sığorta şirkətinin nümayəndələri dinləyici qismində iştirak ediblər. Beynəlxalq təlimçi Hairs Saigalın spikerliyi ilə baş tutan təlim interaktiv sual-cavab formatında təşkil olunub.

04-12-2023

Azərbaycanda ilk Sığorta Festivalının bağlanış mərasimi Gəncədə keçirildi

Azərbaycanda ilk Sığorta Festivalının bağlanış mərasimi Gəncədə keçirildi Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı ilə təşkil olunmuş ilk Sığorta Festivalının təntənəli bağlanış mərasimi Gəncə şəhərində baş tutub. Tədbirdə Azərbaycan Mərkəzi Bankının, Azərbaycan Sığortaçılar Assosiasiyasının, İcbari Sığorta Bürosunun, habelə sığorta şirkətlərinin rəhbərləri, o cümlədən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da iştirak ediblər. Tədbir çərçivəsində Gəncə sakinləri üçün müxtəlif hədiyyəli oyunlar, intellektual yarışlar və sürprizli şoular təşkil olunub. Həmçinin festival zamanı ölkədə həyata keçirilən “Sığorta maarifləndirməsi” layihəsinın tərkib hissəsi olaraq əhaliyə sığorta məhsulları ilə bağlı maarifləndirici məlumatlar verilib. Festivalda sığorta şirkətlərinin nümayəndələri də iştirak ediblər və tədbir gedişatında iştirakçılara yerində sığortalanmaq imkanı yaradılıb.

29-09-2023

ASA-nın icraçı direktoru Pakistanın ölkəmizdəki səfiri ilə görüşüb

ASA-nın icraçı direktoru Pakistanın ölkəmizdəki səfiri ilə görüşüb Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktoru Elmar Mirsalayev Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb. Görüşdə Assosiasiyanın icraçı direktoru Elmar Mirsalayev səfirə ölkəmizdə sığorta sektorunun inkişafı istiqamətində görülən işlər və əldə olunan nailiyyətlər haqqında məlumat verib. E.Mirsalayev həmçinin 5 türkdilli ölkənin sığortaçılar bilriklərinin iştirakı ilə yaradılmış Türk Dünyası Sığorta Birliyi haqqında da danışaraq Təşkilatın regionda sığorta sahəsində əlaqələrin inkişafı və regional sığorta habının formalaşması istiqamətindəki əhəmiyyətindən söz açıb. Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye isə öz növbəsində Azərbaycanın sığorta sektorunda həyata keçirilən islahatları yüksək qiymətləndirib. Səfir həmçinin qarşılıqlı əməkdaşlıq çərçivəsində Azərbaycan sığorta bazarının Pakistanın sığorta sahəsində tətbiq etdiyi yeni beynəlxalq maliyyə hesabatı standartı təcrübəsindən faydalana biləcəyini, habelə iki ölkə arasında təkrarsığorta sahəsində münasibətlərin formalaşacağına ümid etdiyini bildirib. Görüşdə Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Pakistan Sığortaçılar Assosiasiyası arasında əməkdaşlıq əlaqələrinin qurulması yönündə ilkin razılıq əldə olunub.

29-09-2023

Türkiyənin İstanbul şəhərində Türkiyə Sığorta Birliyinin təşkilatçılığı ilə sayca 12-ci sığorta həftəsi çərçivəsində "Beynəlxalq Sığorta Zirvəsi" keçirilir.

Türkiyənin İstanbul şəhərində Türkiyə Sığorta Birliyinin təşkilatçılığı ilə sayca 12-ci sığorta həftəsi çərçivəsində "Beynəlxalq Sığorta Zirvəsi" keçirilir. Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayevin rəhbərlik etdiyi nümayəndə heyəti də konfransda iştirak edir. Konfransda həmçinin Türk Dünyası Sığorta Birliyinin digər həmtəsisçiləri, habelə dünya sığorta bazarlarının tanınmış simaları da iştirak edirlər. Qeyd edək ki, "Beynəlxalq Sığorta Zirvəsi" aktual istiqamət olan "Fəlakət riskləri və sığorta: Fəlakətlərin təsirlərinin azaldılmasında sığortaçıların rolu" mövzusuna həsr olunub.

29-09-2023

ASA-da Türkiyənin sığorta bazarında fəaliyyət göstərən "Ekspar Otomotiv" şirkətinin rəhbərliyi ilə görüş keçirilib

Belə ki, Türkiyənin sığorta bazarında zərərlərin tənzimlənməsi mexanizmi üzrə müasir texnoloji həllər təklif edən nüfuzlu “Ekspar Otomotiv” şirkətinin rəhbərliyindən ibarət nümayəndə heyəti ASA-nın dəvəti ilə ölkəmizdə səfərdə olub. Səfər çərçivəsində nümayəndə heyəti ilə ASA-nın rəhbərliyi və yerli sığortaçılar arasında görüş keçirilib. Görüşdə “Ekspar Otomotiv” şirkətinin sığortada zərərlərin tənzimlənməsi ilə bağlı təcrübəsini əks etdirən təqdimat nümayiş olunub və yerli sığorta bazarına mümkün inteqrasiya imkanları müzakirə edilib.

18-09-2023

Yerli sığortaçılar Türkiyə təcrübəsini öyrənməyə davam edir

Yerli sığortaçılar Türkiyə təcrübəsini öyrənməyə davam edir Azərbaycan Sığortaçılar Assosiasiyası, İcbari Sığorta Bürosu və bir sıra sığorta şirkətinin təmsilçilərindən ibarət nümayəndə heyəti Türkiyənin sığorta təcrübəsini daha yaxından öyrənmək məqsədilə İstanbul şəhərində səfərdə olublar. Səfər çərçivəsində yerli sığortaçılar zərərlərin vahid qiymətləndirilməsi istiqamətində təcrübənin öyrənilməsi üçün Türkiyənin sığorta requlyatoru olan Sığorta və Pensiya Nəzarət və Tənzimləmə Qurumunda, habelə Türkiyə Sığorta Birliyində bir sıra sığorta şirkətləri və təşkilatlarla görüşlər keçiriblər. Qarşılıqlı kadr və təcrübə mübadiləsinə yönəlik bu kimi səmərəli səfərlərin növbəti mərhələdə də davam edəcəyi bildirilir.

05-09-2023

Azərbaycanda ilk Sığorta Festivalı Zaqatalada davam edir

Azərbaycanda ilk Sığorta Festivalı Zaqatalada davam edir “Həyat sığorta ilə rahat” devizi ilə keçirilən “Sığorta Festivalı” bu dəfə Zaqatalada təşkil olunub. Tədbir müddətində müxtəlif hədiyyəli oyunlar, intellektual yarışlar və sürprizli şoular həyata keçirilib. Həmçinin festival zamanı “Sığorta maarifləndirməsi” layihəsinın tərkib hissəsi olaraq əhaliyə sığorta məhsulları ilə bağlı maarifləndirici məlumatlar verilib. Festivalda sığorta şirkətləri iştirak ediblər və tədbirin gedişində iştirakçılara yerində sığortalanmaq, sığorta şirkətlərinin xidmətləri barədə ətraflı məlumat almaq imkanı verlib. Qeyd edək ki, Festival Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli 354s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın maarifləndirmə və təbliğat-təşviqat tədbirinin icrası məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosasiyası və İcbari Sığorta Bürosunun birlikdə həyata keçirdiyi genişmiqyası maarifləndirmə layihəsinin tərkib hissəsidir. Layihənin məqsədi geniş əhali qruplarının və biznes nümayəndələrinin sığorta sahəsində bilik və təsəvvürlərinin artırılması, onların sığorta xidmətlərinə cəlbinin təşviq edilməsindən ibarətdir.

03-09-2023

İlk Sığorta Festivalı çərçivəsində növbəti tədbir Lənkəranda baş tutub

İlk Sığorta Festivalı çərçivəsində növbəti tədbir Lənkəranda baş tutub “Həyat sığorta ilə rahat” devizi ilə keçirilən “Sığorta Festivalı” bu dəfə Lənkəranda keçirilib. Tədbir müddətində müxtəlif hədiyyəli oyunlar, intellektual yarışlar və sürprizli şoular təşkil olunub. Həmçinin festival zamanı “Sığorta maarifləndirməsi” layihəsinın tərkib hissəsi olaraq əhaliyə sığorta məhsulları ilə bağlı maarifləndirici məlumatlar verilib. Festivalda sığorta şirkətləri iştirak ediblər və tədbirin gedişində iştirakçılara yerində sığortalanmaq, sığorta şirkətlərinin xidmətləri barədə ətraflı məlumat almaq imkanı verlib. Festivalın növbəti tədbiri 5 sentyabr tarixində saat 18:00-dan 21:00-dək Gədəbəy rayonu Heydər Əliyev Mərkəzinin önündə baş tutacaq. Qeyd edək ki, Festival Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli 354s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın maarifləndirmə və təbliğat-təşviqat tədbirinin icrası məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosasiyası və İcbari Sığorta Bürosunun birlikdə həyata keçirdiyi genişmiqyası maarifləndirmə layihəsinin tərkib hissəsidir. Layihənin məqsədi geniş əhali qruplarının və biznes nümayəndələrinin sığorta sahəsində bilik və təsəvvürlərinin artırılması, onların sığorta xidmətlərinə cəlbinin təşviq edilməsindən ibarətdir.

03-09-2023

İlk Sığorta Festivalı çərçivəsində növbəti tədbir Şəkidə baş tutub

İlk Sığorta Festivalı çərçivəsində növbəti tədbir Şəkidə baş tutub “Sığorta Festivalı” bu dəfə Şəki şəhəri sakinlərinin görüşünə gəlib. “Həyat sığorta ilə rahat” devizi ilə keçirilən festival İsmayıllıdan sonra 31 avqust tarixdə Şəki şəhərində yerləşən Bəxtiyar Vahabzadə parkında baş tutub. Tədbir ərzində müxtəlif hədiyyəli oyunlar, intellektual yarışlar və sürprizli şoular təşkil olunub. Həmçinin festival zamanı “Sığorta maarifləndirməsi” layihəsinın tərkib hissəsi olaraq əhaliyə sığorta məhsulları ilə bağlı maarifləndirici məlumatlar verilib. Festivalda sığorta şirkətləri iştirak ediblər və tədbirin gedişində iştirakçılara yerində sığortalanmaq, sığorta şirkətlərinin xidmətləri barədə ətraflı məlumat almaq imkanı verlib. Qeyd edək ki, Festival Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli 354s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın maarifləndirmə və təbliğat-təşviqat tədbirinin icrası məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosasiyası və İcbari Sığorta Bürosunun birlikdə həyata keçirdiyi genişmiqyası maarifləndirmə layihəsinin tərkib hissəsidir. Layihənin məqsədi geniş əhali qruplarının və biznes nümayəndələrinin sığorta sahəsində bilik və təsəvvürlərinin artırılması, onların sığorta xidmətlərinə cəlbinin təşviq edilməsindən ibarətdir.

01-09-2023

Azərbaycanda ilk Sığorta Festivalına Bakıda start verildi

Azərbaycanda ilk Sığorta Festivalına Bakıda start verildi Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı çərçivəsində Azərbaycanda ilk dəfə keçirilən “Sığorta Festivalı”na start verilib. Belə ki, Bakının Dənizkənarı Milli Park ərazisində festivalın ilk günü baş tutub. “Həyat sığorta ilə rahat” devizi ilə keçirilən tədbir ərzində müxtəlif hədiyyəli oyunlar, intellektual yarışlar və sürprizli şoular təşkil olunub. Həmçinin festival zamanı “Sığorta maarifləndirməsi” layihəsinin tərkib hissəsi olaraq əhaliyə sığorta məhsulları ilə bağlı maarifləndirici məlumatlar verilib. Festivalda sığorta şirkətləri iştirak ediblər və festival zamanı iştirakçılara yerində sığortalanmaq, sığorta şirkətlərinin xidmətləri barədə ətraflı məlumat almaq imkanı yaradılıb. Festivalın növbəti tədbiri 27 avqust tarixdə saat 18:00-dan 21:00-dək Sumqayıt Bulvarında baş tutacaq. Qeyd edək ki, Festival Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli 354s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın maarifləndirmə və təbliğat-təşviqat tədbirinin icrası məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosasiyası və İcbari Sığorta Bürosunun birlikdə həyata keçirdiyi genişmiqyası maarifləndirmə layihəsinin tərkib hissəsidir. Layihənin məqsədi geniş əhali qruplarının və biznes nümayəndələrinin sığorta sahəsində bilik və təsəvvürlərinin artırılması, onların sığorta xidmətlərinə cəlbinin təşviq..

27-08-2023

Daha bir broker şirkət ASA-nın üzvü oldu

Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) üzvlüklə bağlı daxil olmuş daha bir müraciətə baxılıb və qəbul edilib. ASA-dan verilən məlumata görə, “Zəmanət Sığorta və Təkrarsığorta Brokeri” şirkətinin Azərbaycan Sığortaçılar Assosiasiyasına üzvlüklə bağlı ünvanladığı müraciət müsbət qiymətləndirilib və adı çəkilən şirkət ASA-nın üzvlüyünə qəbul edilib. Broker şirkət ASA-ya üzv olmaqla Assosiasiyanın işçi qruplarının iclaslarında, habelə həyata keçirilən genişmiqyaslı layihələrdə iştirak edəcək, bununla yanaşı fəaliyyətinin stimullaşdırılmasında ASA-nın imkanlarından istifadə edə biləcək. Bununla da ASA-nın üzvlərinin sayı 5-i həyat sığortası şirkəti, 15-i qeyri-həyat sığortası şirkəti, 1-i təkrarsığorta və 3-ü sığorta brokeri şirkəti olmaqla 24-ə yüksəlib.

08-06-2023

Azərbaycanlı sığortaçılar beynəlxalq vebinarda iştirak ediblər

Türkiyə Sığorta Birliyi və Boston Consulting Group-un birgə təşkilatçılığı ilə "Təbii fəlakətlərdən sonra sığorta sektorunun rolu" mövzusunda beynəlxalq vebinar keçirilib. Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbərliyindən ibarət nümayəndə heyəti, habelə ölkəmizdə fəaliyyət göstərən bir sıra sığorta şirkətlərinin rəhbərlikləri və əməkdaşları adıçəkilən vebinarda iştirak ediblər. Dünyanın 10-dan çox ölkəsindən ümumilikdə 200-ə yaxın sığortaçının iştirak etdiyi vebinarda "Zəlzələdən sonra sığorta sektorunun rolu" və "Təbii fəlakət sığortalarında innovasiya" başlıqlı mövzularda çıxışlar dinlənilib.

06-06-2023

Mərkəzi Bankda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş investisiya pul nişanlarının tədavülə buraxılması ilə əlaqədar tədbir keçirilib.  Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) rəhbərliyindən ibarət nümayəndə heyətinin dəvətli olduğu tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Milli Məclisin deputatları və maliyyə təşkilatlarının rəhbərlikləri iştirak ediblər

06-06-2023

ASA QHT-lərə Dövlət Dəstəyi Agentliyinin tədbirində iştirak edib

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan "Müstəqil Azərbaycanın banisi" adlı rəsmi konfrans keçirilib. Azərbaycan Sığortaçılar Assosiasiyasının da dəvət olunduğu konfransda Milli Məclisin deputatları, ictimai xadimlər, QHT rəhbərləri və media mənsubları iştirak ediblər.

06-06-2023

ASA-da UNEC-in tələbələri ilə sığortaçıların görüşü keçirilib

ASA-da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) magistr dərəcəsində təhsil alan tələbələri ilə bir qrup sığorta şirkətinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə sığortaçılar tələbələrə sığortanın əsasları və sığorta sənayesində həyata keçirilən yeniliklər haqqında məlumat veriblər, tələbələri maraqlandıran sualları cavablandırıblar. Qeyd edək ki, bu görüş ASA ilə UNEC arasında 29.11.2022-ci il tarixdə imzalanmış qarşılıqlı əməkdaşlıq haqqında Memoranduma əsasən təşkil olunub.

06-06-2023

ASA-nın ekspert qrupunun üzvü tələbələrə sığorta mövzusunda təlim keçib

Bakı Biznes və Kooperasiya Kollecinin tələbələri ilə Azərbaycan Sığortaçılar Assosiasiyasının görüşü keçirilib. Məlumatlandırıcı sessiyada Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Fariz Hacızadə tələbələrə sığortanın əsasları haqqında məlumat verib, onları maraqlandıran sualları cavabladırıb və ASA-nın fəaliyyəti haqqında danışıb.

06-06-2023

Tələbələr üçün sığorta mövzusunda məlumatlandırıcı sessiya keçirilib

Bakı Avrasiya Kollecinin "Sığorta işi" ixtisası üzrə təhsil alan tələbələri ilə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) görüşü keçirilib. 3 saat davam edən məlumatlandırıcı sessiyada ASAnın ekspert qrupunun üzvü Fariz Hacızadə tələbələri maraqlandıran sualları cavabladırıb, ASA-nın fəaliyyəti haqqında məlumat verib, sığotra işi istiqamətində fəaliyyət göstərəcək potensial kadrlara lazım olan bilik və bacarıqlardan söz açıb.

06-06-2023

ASA Konstitusiya Məhkəməsinin qərarı ilə bağlı mövqe bildirdi

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 269, 317.1, 319,1 və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddələri ilə bağlı qərarı ilə bağlı açıqlama verib. Konstitusiya Məhkəməsinin müvafiq qərarında Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına müvəkkil banklar tərəfindən verilən ipoteka kreditlərinə münasibətdə hər hansı bir rəy verilməmişdir. Bu qərarda kredit təşkilatlarının öz vəsaitləri hesabına borcalanlara verdikləri kreditlərdə öhdəliklərin təminatı üsulu kimi götürdükləri girov (ipoteka) əmlaklar olarsa, bu girov əmlakının mülkiyyətçisi borcalan deyil, başqa biridirsə və bu kredit müqaviləsi üzrə borcalan vəfat etdikdə banka olan borcun necə ödənilməsini tənzimləyən şərh verilmişdir. Göründüyü kimi, bu qərarın Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına müvəkkil banklar tərəfindən verilən ipoteka kreditlərinə aidiyyatı yoxdur. Belə ki, bu kreditlər Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun tələblərinə əsasən, borcalanın götürdüyü ipoteka krediti məbləğində onun həyatı ölkəmizdə fəaliyyət göstərən həyat sığortası şirkətləri tərəfindən sığortalanır və istənilən səbəbdən borcalanın vəfat etməsi zamanı onun banka olan borcu tam məbləğdə həmin həyat sığortası şirkətləri tərəfindən sığorta ödənişi şəklində qarşılanır. Bir daha bildiririk ki, bu qərar borcalan ilə ipoteka qoyanın fərqli olduğu hallara aiddir. Bu da Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına müvəkkil banklar tərəfindən verilən..

06-06-2023

ASA-nın nümayəndə heyəti Fəxri xiyabanda olub

10 May müasir və müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü günüdür. Bununla əlaqədar olaraq, Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbərliyi və kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edərək, məzarı önünə gül dəstələri qoyublar. Daha sonra ASA kollektivi Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini yad edərək məzarı üzərinə gül dəstələri qoyublar.

06-06-2023

Mediatorlar üçün sığorta təlimi keçirilib

Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və Mediasiya Şurasının birgə təşkilatçılığı ilə mediatorlar üçün sığorta təlimi keçirilib. Adı çəkilən qurumların rəsmilərinin də iştirak etdiyi və 2 saylı mediasiya təşkilatında baş tutan "Sığorta sahəsinin əsasları" mövzusuna həsr olunmuş təlimdə ASA-nın ekspert qrupunun üzvü, təlimçi Araz Əlaslanlı mediatorlara sığorta prosesləri haqqında geniş məlumat verib və yaranan sualları cavablandırıb. Bildirilib ki, bu kimi təlimlər növbəti mərhələdə də silsilə şəkildə təşkil ediləcək.

06-06-2023

2023-cü il I rüb sığorta bazarının statistikası

Azərbaycan Mərkəzi Bankı tərəfindən sığorta sektoru üzrə 2023-cü ilin yanvar-mart aylarına olan rüblük icmalı açıqlanmışdır. ASA tərəfindən müvafiq icmalın analitikası aparılmışdır. Aşağıdakı keçid vasitəsilə analitika ilə tanış ola bilərsiniz. Ətraflı  

17-05-2023

ASA "Heydər Əliyev və Azərbaycan sahibkarlığının inkişafı" mövzusunda təşkil olunmuş konfransda iştirak edib

İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycan sahibkarlığının inkişafı" mövzusunda konfrans keçirilib. Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Mərkəzi Bankın sədri Taleh Kazımov, KOBİA-nın sədri Orxan Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, ASK-nın prezidenti Məmməd Musayev konfransın rəsmi qonaqları sırasında yer alıb. Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbərliyindən ibarət nümayəndə heyəti və bir sıra sığorta şirkətinin sədrləri də konfransda iştirak etmişdir. Konfransda ölkəmizdə sahibkarlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ilə bağlı çıxışlar dinlənilmişdir.

03-05-2023

ASA “Korrupsiya ilə mübarizədə Heydər Əliyev siyasi iris” adlı işgüzar konfransda iştirak edib

Azərbaycan Respublikasının Baş Prokurorluğunun təşəbbüsü ilə Sabirabad rayonunda yerləşən Heydər Əliyev Mərkəzində “Korrupsiya ilə mübarizədə Heydər Əliyev siyasi iris” adlı işgüzar konfrans keçirilib. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəvəti ilə Azərbaycan Sığortaçılar Assosiasiyasının nümayəndə heyəti, o cümlədən digər ictimai təşkilatlar konfransda iştirak ediblər. Konfransda həmçinin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Asəf Sarıkişiyev, Milli Məclisin deputatı Kamal Cəfərov, Sabirabad rayonu İcra Hakimiyyətinin rəhbərliyi və rayon ictimaiyyəti iştirak ediblər.

03-05-2023

ASA KOBİA-nın iş dünyası üçün təşkil etdiyi ziyafətdə iştirak edib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə iş dünyası nümayəndələri üçün Bakı KOB Evində iftar ziyafəti təşkil olunub. Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbərliyindən ibarət nümayəndə heyətinin dəvət olunduğu ziyafətdə KOBİA-nın sədri Orxan Məmmədov, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov, ASK-nın prezidenti Məmməd Musayev, ABA-nın prezidenti Zakir Nuriyev, o cümlədən digər ictimai təşkilatların nümayəndələri və biznes mənsubları iştirak ediblər.

03-05-2023

ASA nüfuzlu beynəlxalq audit təşkilatı ilə əməkdaşlığa başladı

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) rəhbərliyindən ibarət nümayəndə heyəti ilə nüfuzlu beynəlxalq audit və vergi təşkilatı olan “Grant Thornton International LTD” şirkətinin üzvü olan “Grant Thornton Azerbaijan”-ın rəhbərliyi arasında görüş keçirilib. Dünyanın 135 ölkəsində üzv təşkilatı olan “Grant Thornton Azerbaijan” şirkəti ilə ASA arasında baş tutan görüşdə yerli və beynəlxalq sığorta bazarlarında müşahidə olunan tendensiyalar və həyata keçirilən islahatlar geniş müzakirə olunub. Daha sonra görüşdə qurumlar növbəti mərhələdə quracaqları əməkdaşlıq istiqamətlərindən söz açıblar. Əldə olunan ortaq razılığa əsasən, qurulan bu əməkdaşlıq sayəsində “Grant Thornton Azerbaijan” təşkilatı tərəfindən ölkəmizdə fəaliyyət göstərən sığorta şirkətlərinə müasir mühasibatlıq standartlarının sığorta bazarında tədbiqi, habelə beynəlxalq sığorta və maliyyə trendləri ilə bağlı seminarlar, treninqlər, təlimlər təşkil olunacaq. Razılığa əsasən, “Grant Thornton Azerbaijan” təşkilatı həmçinin tərəfdaş olduğu beynəlxalq qurumlar ilə sektorun inkişafına dair əlaqələrin qurulmasına və əməkdaşlıq edilməsinə dəstək olacaq. Yuxarıda qeyd olunan istiqamətlər üzrə Azərbaycan Sığortaçılar Assosiasiyası ilə “Grant Thornton Azerbaijan” təşkilatı arasında münasibətlərin sistemli təşkil olunması məqsədilə qarşılıqlı əməkdaşlıqla bağlı memorandum imzalanıb.

03-05-2023

Ülviyyə Cabbarova: “Sığorta bazarının inkişaf potensialına inamımız çox güclüdür”

Bildiyiniz kimi, ötən ay sığorta şirkətlərinin maliyyə nəticələri açıqlanmışdır və nəticələrə əsasən, artıq bir neçə ildir ki, PAŞA Sığorta şirkəti qeyri-həyat sığorta bazarında həm sığorta yığımlarına görə, həm də ödədiyi sığorta ödənişlərinə görə liderdir. Bu səbəbdən PAŞA Sığorta şirkəti İdarə Heyətinin sədri Ülviyyə Cabbarova ilə 2022-ci ilin yekunları mövzusunda müsahibə keçirdik və həmin müsahibəni sizə təqdim edirik.   Ülviyyə xanım, ilk öncə bizə vaxt ayırdığınız üçün təşəkkür edirik.    - Ötən ili PAŞA Sığorta üçün necə dəyərləndirirsiniz? Hansı nailiyyətlərinizi vurğulamaq istərdiniz? - Hər kəsi salamlayıram. Qeyd etmək istərdim ki, ötən il PAŞA Sığorta üçün olduqca uğurlu bir il oldu. Bir neçə istiqamət üzrə nailiyyətlər əldə etdik. İlkin olaraq maliyyə nəticələrimizə nəzər salmaq istərdim. 2022-ci il üzrə ümumi sığorta yığımlarımız 213 mln. 646 min manat olmuşdur. Hesab edirəm ki, sığorta şirkətinin uğurunun əsas göstəricilərindən biri də sığorta ödənişləridir. Ötən il ərzində sığorta ödənişlərimiz 68 mln.457 min manat təşkil etmişdir. Düşürəm ki, müştərilərin ehtiyacını anlamaq və sığorta ödənişlərini vaxtında təmin etmək müştəri məmnuniyyətini və sadiqliyini qoruyub saxlamaq üçün olduqca vacibdir. Bu, istənilən uğurlu biznes üçün keçərlidir. Ümumi proseslərimizə nəzər salsaq bu istiqamətdə də bir sıra uğurlu nəticələr əldə etmişik. Zənnimcə, ən vacib nailiyyətimiz rəqəmsallaşma istiqaməti ilə bağlıdır. Müştərilərimizin..

05-04-2023

ASA jurnalistlər arasında yazı müsabiqəsi elan edir

Azərbaycan Sığortaçılar Assosiasiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2022-ci il 29 sentyabr tarixdə imzalanan "Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında" Sərəncamı rəhbər tutaraq və bu Sərəncama əsasən müasir və müstəqil Azərbaycanın qurucusu, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibətilə ölkədə silsilə tədbirlərin həyata keçirilməsini nəzərə alaraq jurnalistlər arasında yazı müsabiqəsi elan edir. ASA-dan verilən məlumata görə, “Müasir Azərbaycan iqtisadiyyatının inkişafında sığortanın rolu: mövcud vəziyyət və perspektivlər” mövzusunda təşkil olunan bu yazı müsabiqəsi Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum çərçivəsində təşkil olunur. Qurumdan bildirilir ki, yazı müsabiqəsində I, II və III yerləri tutan jurnalistlərə müvafiq olaraq 1500, 1000, 750 AZN məbləğində pul mükafatları və sertifikatlar, o cümlədən IV və V yerləri tutan jurnalistlərə isə həvəsləndirici mükafatlar təqdim olunacaq. Yazı müsabiqəsinin şərtləri aşağıdakı kimidir: • Müsabiqədə 17 mart 2023-cü il tarixdən 10 may 2023-cü il tarixədək olan zaman aralığında dərc olunmuş yazılar iştirak edəcək; • Müsabiqədə yalnız qeyd olunan dövr ərzində mərkəzi və regional elektron və..

17-03-2023

ASA-nın Müşahidə Şurasına yeni sədr seçildi

Ötən gün Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurasının növbədənkənar iclası keçirilib. ASA-dan verilən məlumata görə, Assosiasiyanın Müşahidə Şurasına yeni sədrin seçilməsi ilə bağlı mövzu iclasın gündəliyində duran başlıca məsələ olub. Məlumatda qeyd olunur ki, ASA-nın təsisçiləri tərəfindən Müşahidə Şurasının sədri postuna namizədliyi irəli sürülən “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova səsvermə nəticəsində Şura üzvləri tərəfindən yekdilliklə dəstəklənib. Qeyd edək ki, “Atəşgah” Sığorta Şirkəti ASC-nin sabiq sədri Azər Əliyevin ASA-nın Müşahidə Şurasındakı sədrlik vəzifəsinin səlahiyyət müddəti 30 dekabr 2022-ci il tarixdə başa çatdığı üçün o, bu postdan ayrılmışdı. Əlavə edək ki, Azərbaycanda fəaliyyət göstərən 5 həyat, 14 qeyri-həyat, 1 aqrar və 1 təkrarsığorta olmaqla bütün sığorta şirkətləri, o cümlədən 2 sığorta brokeri şirkəti Azərbaycan Sığortaçılar Assosiasiyasının üzvüdür.

17-03-2023

Azərbaycan Sığortaçılar Assosiasiyasında bir qrup müstəqil sığorta agenti ilə görüş keçirilib.

Görüşdə sığorta agentlərinin problemləri dinlənilib, bu problemlərin çıxış yolları və təkliflər müzakirə olunub. Müzakirə zamanı bu kimi görüşlərin mütəmadi olaraq keçirilməsi qərarlaşdırılıb.

16-03-2023

ASA-da Prezident Administrasiyasının məsul şəxsləri ilə görüş keçirilib

Bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev və digər məsul şəxslər Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) olub, qurumun rəhbərliyindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev qonaqlara Assosiasiyanın fəaliyyəti haqqında geniş məlumat verib. Bildirib ki, ASA qısa zamanda Azərbaycan Mərkəzi Bankının da dəstəyi ilə ölkədə sığorta xidmətlərinə əlçatanlığın təmin olunması istiqamətində sektora hərəkətverici layihələrin uğurla realizə olunmasına nail olub. İcraçı direktor qeyd edib ki, məhz bu faəliyyət istiqamətlərinin səmərəli nəticə olaraq yerli sığorta bazarında 2021-ci ildə 16%, 2022-ci ildə isə 15% böyümə qeydə alınıb. E.Mirsalayev həmçinin Azərbaycan Sığortaçılar Assosiasiyasının qurduğu uğurlu beynəlxalq əməkdaşlıqlardan da söz açıb. O vurğulayıb ki, ASA olaraq Türkiyə ilə əldə olunan ortaq razılıq və birgə təşəbbüs, o cümlədən 5 türk dövlətinin iştirakı ilə dünyada ilk dəfə Türk Dünyası Sığorta Birliyi təsis edilib. Birliyin gələcək fəaliyyət istiqamətlərindən söz açan icraçı direktor xüsusilə qeyd edib ki, bu Birlik regionda sığorta habının formalaşmasını təmin edən yeganə beynəlxalq təşkilatdır. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev öz çıxışında ölkəmizdə QHT-lərin inkişafı istiqamətində yaradılan münbit şəraitdən..

14-03-2023

Marketinq nümayəndələri layihənin Nəzarət Şurası tərəfindən sertifikatlarla mükafatlandırılıblar

Ölkədə həyata keçirilən "Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirləri" layihəsində bir qrup sığorta şirkətinin xüsusi aktivlik nümayiş etdirən marketinq nümayəndələri layihənin Nəzarət Şurası tərəfindən sertifikatlarla mükafatlandırılıblar.

13-03-2023

ASA-da Prodüserlər Gildiyası ilə sığortaçılar arasında görüş keçirilib

Görüşdə kinematoqrafiya sahisəndə mövcud olan risklər və bu risklərin sığorta təminatı imkanları geniş müzakirə olunub, bu istiqamətdə sığorta bazarının təklif etdiyi məhsullarla bağlı kinematoqrafçılara ətraflı məlumat verilib.

13-03-2023

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Ətraf mühitin qorunması istiqamətində genişmiqyaslı işlərin görülməsi və ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti ölkəmizin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Yeni meşələrin, yaşıllıq zonalarının salınması bu sahədə mühüm vəzifələr kimi icra olunmaqdadır. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumun məqsədi, tərəflərin iştirakı ilə 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 (yüz min) ağac olmaqla, ümumilikdə 1 000 000 (bir milyon) ağacın əkilməsi ilə əlaqədar müvafiq işlərin görülməsindən ibarətdir. Bu əməkdaşlıq sosial və ekoloji yönümlü fəaliyyətin sistemli şəkildə, institusional əsasda davam etdirilməsinə yönələn könüllü davranış mədəniyyətinin inkişafına, ətraf mühitin qorunmasına dəstək istiqamətində korporativ məsuliyyətin daha dərindən dərk edilməsinə, bütövlükdə, ölkədə yüksək keyfiyyətli ekoloji mühitin yaradılması istiqamətində qoyulan hədəflərə nail olunmasına töhfə verəcəkdir.

13-03-2023

Mərkəzi Bankın İdarə Heyətinin yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının növbəti iclası keçirildi

Maliyyə-bank sektoru ilə sahibkarlar arasında əməkdaşlığın daha da gücləndirilməsi, biznesin maliyyə xidmətlərinə çıxışının getdikcə yaxşılaşdırılması məqsədilə yaradılan Sahibkarlarla Əməkdaşlıq Şurasının növbəti geniş iclası keçirildi. Ətraflı: https://www.cbar.az/press-release-4131/view  

09-03-2023

Sığorta sektorunda rəqəmsal transformasiyanın sürətləndirilməsi məqsədi ilə əməkdaşlıq quruldu

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) rəhbər heyətləri arasında görüş keçirilib. Görüşdə sığorta sektorunda rəqəmsal savadlılığın artırılması və kiber-təhlükəsizliyin təmin olunması, eyni zamanda rəqəmsal transformasiyanın sürətləndirilməsi imkanları geniş müzakirə edilib. Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev iclası giriş sözü ilə açaraq Assosiasiya haqqında və yerli sığorta bazarının mövcud vəziyyəti barədə geniş məlumat verib. Bildirib ki, hər bir sahədə olduğu kimi sığorta sektorunda da bu günün və gələcəyin reallığını rəqəmsal transformasiya təşkil edir. Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə heyətinin sədri Elvin Abbasov və Assosiasiyanın nümayəndələri Nicat Əlibəyli və Vüqar İsmayılov da çıxışlarında sığorta sektoru ilə əməkdaşlıq çərçivəsində təklif edə biləcəkləri yeniliklərdən söz açıblar. İrəli sürülən təkliflər sırasında yerli sığorta bazarında təqdim olunan bütün sığorta məhsullarının tam elektronlaşdırılması və sığorta məlumatları bazasının gələcək inkişaf üçün əhəmiyyətinə xüsusi toxunulub. Görüşdə iki qurumun qarşılıqlı əməkdaşlıq imkanları əsas müzakirə mövzusu olub. Qarşılıqlı əməkdaşlıq çərçivəsində sığorta şirkətlərinin İT mütəxəssisləri ilə AİKTSA-nın nümayəndə heyətindən ibarət İşçi Qrupunun formalaşdırılmasına qərar verilib. Qurumlar arasındakı qarşılıqlı əməkdaşlığın rəsmiləşdirilməsi..

25-11-2022

“Türk Dünyası Sığorta Birliyi”nin Yol Xəritəsi hazırlanıb

Yol xəritəsində Birliyin strateji hədəfləri və fəaliyyət prinsipləri müəyyənləşdirilib. Azərbaycan Sığortaçılar Assosiasiyası “Türk Dünyası Sığorta Birliyi”nin Yol Xəritəsini hazırlayıb. Sənəddə Birliyin strateji hədəfləri, fəaliyyət prinsipləri ilə yanaşı, üzv ölkələrin qarşılıqlı əməkdaşlıq istiqamətləri, Birliyin illik assambleyalarının təşkili ilə bağlı məsələlər və digər vacib istiqamətlər yer alıb. ASA-nın məlumatında qeyd olunur ki, bu ilin oktyabr ayında “Türk Dünyası Sığorta Birliyi”nə üzv ölkələrin sığortaçılar birliklərinin rəhbərləri arasında zoom-görüş keçiriləcək və hazırlanmış Yol Xəritəsi müzakirəyə çıxarılacaq. Müvafiq toplantıda həmçinin Birliyin ilk illik assambleyasının keçiriləcəyi tarix və ölkə də müəyyənləşəcək. Qeyd edək ki, “Türk Dünyası Sığorta Birliyi” bu ilin may ayının 24-ü Türkiyənin İstanbul şəhərində keçirilən Beynəlnalq Sığorta Konqresinin zirvə toplantısında Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın sığortaçılar birliklərinin iştirakı ilə təsis edilib.

06-10-2022

ASA Tədris Mərkəzi və “PAŞA Sığorta” şirkətinin növbəti təlim layihəsi uğurla başa çatdı

ASA Tədris Mərkəzi və “PAŞA Sığorta” şirkətinin növbəti təlim layihəsi uğurla başa çatdı. Layihə çərçivəsində “PAŞA Sığorta” şirkətinin satış, anderraytinq və tənzimləmə departamentlərinin əməkdaşlarına “Əmlak sığortaları və tənzimləmə prosesi” mövzularında təlimlər təşkil olunub. Təlim çərçivəsində 8 mövzu üzrə 16 saatlıq proqram tədris olunub. Təlimlərin sonunda iştirakçılara Azərbaycan Sığortaçılar Assosiasiyası və ASA Tədris Mərkəzi adından Fəxri Fərmanlar təqdim edilib.

27-09-2022

ASA ilə Mediasiya Şurası əməkdaşlığa başladı

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə Mediasiya Şurası arasında qarşılıqlı əməkdaşlıq əlaqələri qurulub. Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Mediasiya Şurasının rəhbər heyətləri arasında görüş keçirilib. Görüşdə Mediasiya Şurası ilə yerli sığorta bazarı iştirakçıları arasında qarşılıqlı əməkdaşlıq istiqamətləri geniş müzakirə olunub. Tərəflər çıxışlarında sığorta sektorunda yarana biləcək mübahisələrin mediasiya vasitəsilə alternativ həlli imkanlarını yüksək dəyərləndiriblər. Daha sonra qurumlar arasında Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev və Mediasiya Şurasının İdarə heyətinin sədri Nadir Adilovun iştirakı ilə qarşılıqlı əməkdaşlıq haqqında Memorandum imzalanıb. Memorandumda qeyd olunur ki, iki qurum ölkədə sığorta və mediasiya xidmətlərinin geniş yayılması məqsədi ilə növbəti mərhələdə birgə layihələr icra edəcək. #həyatsığortailərahat

23-09-2022

Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev Azərbaycanın Şuşa şəhərində keçirilən Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş "Şuşa Türk Biznes Forumu"nda iştirak edir.

Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev Azərbaycanın Şuşa şəhərində keçirilən Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş "Şuşa Türk Biznes Forumu"nda iştirak edir. Tədbirdə Azərbaycanla yanaşı, Türk Dövlətləri Təşkilatının 4 daimi üzvü (Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan), müşahidəçi üzv Macarıstanın və digər bir sıra ölkələrin dövlət qurumlarının, eləcə də müxtəlif təşkilatların və diplomatik korpusun nümayəndələri, iş adamları iştirak edirlər. Forumun məqsədi Türk dövlətləri arasında iqtisadi, biznes və investisiya əlaqələrinin daha da dərinləşməsi, sahibkarlar arasında dialoqun təşviqi, Qarabağ regionunun iqtisadi və sərmayə potensialının xarici iş adamlarına təqdim olunmasıdır. #həyatsığortailərahat #QarabağAzərbaycandır

16-09-2022

ASA-da müstəqil sığorta ekspertləri ilə görüş keçirilib

ASA-nın İcraçı direktoru Elmar Mirsalayev ilə ölkəmizdə fəaliyyət göstərən müstəqil sığorta ekspertləri arasında görüş keçirilib. Görüşdə Mərkəzi Bankın İdarə Heyəti tərəfindən AVSMMİS ilə bağlı təsdiq edilmiş yeni qaydalarını mahiyyəti, üstünlükləri və özəllikləri ilə bağlı müstəqil sığorta ekspertlərinə geniş izah verilmişdir.

03-08-2022

ASA-nın nümayəndə heyəti ilə Milli Məclisin bir qrup deputatı arasında görüş keçirilib

ASA-nın nümayəndə heyəti ilə Milli Məclisin bir qrup deputatı arasında görüş keçirilib Bu gün Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) rəhbərliyindən ibarət nümayəndə heyəti ilə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri arasında işgüzar görüş keçirilib. ASA-dan verilən məlumata görə, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili iclası giriş sözü ilə açaraq Assosiasiyanın nümayəndə heyətini salamlayıb. Komitə sədri bildirib ki, maliyyə sisteminin aparıcı istiqamətlərindən olan sığorta sahəsi komitənin və parlamentin daim diqqət mərkəzindədir. Sektordakı mövcud problemlərin həlli və nəticədə daha ideal və əlçatan sığorta sisteminin təmin olunması istiqamətində parlament olaraq hər cür dəstək göstərməyə hazır olduqlarını bildirib. Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə şurasının sədri Azər Əliyev və İcraçı direktor Elmar Mirsalayev öz çıxışlarında parlament üzvlərinə yerli sığorta bazarının mövcud vəziyyəti, inkişaf perspektivləri, eyni zamanda Assosiasiyanın fəaliyyəti haqqında məlumat veriblər. ASA rəhbərliyi eyni zamanda Azərbaycan Mərkəzi Bankının sektorda təmin etdiyi uğurlu və səmərəli nəzarət mexanizmi nəticəsində əldə olunmuş uğurlardan, Mərkəzi Bank, ASA və İSB-nin birgə təşəbbüsü ilə ölkə səviyyəsində həyata keçirilən maarifləndirmə layihəsindən və Assosiasiyanın yerli bazarın inkişafı məqsədi ilə qurduğu beynəlxalq əlaqələrdən söz açıb. Assosiasiya rəhbərliyi parlamentarilərlə görüşdə təkliflərlə də çıxış ediblər. Bildiriblər ki, seçiciləri ilə..

08-07-2022

Azərbaycan Sığortaçılar Assosiasiyası ilə "Caspian Energy Club"ın təşkilatçılığı ilə sığorta sektoru iştirakçıları səhər yeməyi ziyafətində bir araya gəliblər

Azərbaycan Sığortaçılar Assosiasiyası ilə "Caspian Energy Club"ın təşkilatçılığı ilə sığorta sektoru iştirakçıları səhər yeməyi ziyafətində bir araya gəliblər. Ziyafətdə Azərbaycan Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev, Azərbaycan Sığortaçılar Assosiasiyasının, İcbari Sığorta Bürosunun və "Caspian Energy Club"ın rəhbərliyi, habelə ölkəmizdə fəaliyyət göstərən sığorta şirkətlərinin sədrləri iştirak ediblər. Qeyri-rəsmi görüşdə sığorta sektoru iştirakçılarını maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb. Görüşün başlıca məqsədi sığorta bazarı iştirakçıları ilə requlyator arasında işgüzar münasibətlərin dərinləşdirilməsi və səmərəli kommunikasiyanın təmin edilməsi olub. #həyatsığortailərahat

08-07-2022

Sığorta maarifləndirilməsi tədbirləri davam etdirilir

Sığorta maarifləndirilməsi tədbirləri davam etdirilir Azərbaycan Respublikasının Mərkəzi Bankı, TSEV - Türk Sigorta Enstitüsü Vakfı və Azərbaycan Sığortaçılar Assosiasiyası arasında müvafiq əməkdaşlıq çərçivəsində təşkil edilən aktuar kurslarının birinci mərhələsi və anderayterlər üçün təşkil edilmiş tədris proqramı başa çatmışdır. Bu münasibətlə təşkil edilmiş tədbirdə Mərkəzi Bankın Baş direktoru Ziya Əliyev və Azərbaycan Sığortaçılar Assosasiyasının İcraçı direktoru Elmar Mirsalayev çıxış edərək aktuariləri və anderayterləri təbrik etmiş, həmçinin ölkəmizdə sığorta sektorunun inkişafı üçün görülən işlərdən bəhs etmişlər. Proqramı uğurla bitirmiş aktuarilərə və anderayterlərə müvafiq şəhadətnamələr və sertifikatlar təqdim edilmişdir. Təqdimat zamanı iştirakçıların sualları cavablandırılmışdır. Qeyd edək ki, Mərkəzi Bank, TSEV və ASA-nın müvafiq əməkdaşlıq çərçivəsində sığorta sahəsində peşəkar kadrların inkişafı yaxın gələcəkdə də daha geniş və intensiv ölçüdə davam etdiriləcəkdir. #həyatsığortailərahat

08-06-2022

ASA Çexiyada keçirilən beynəlxalq sığorta konqresində iştirak edib

Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbərliyindən ibarət nümayəndə heyəti beynəlxalq sığorta təşkilatı olan Sığorta Assosiasiyaları Qlobal Federasiyasının illik ümumi iclasında iştirak edir. Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən iclas bu günü öz işinə başlayıb. Müxtəlif mövzu və istiqamətlər üzrə 4 gün davam edəcək iclasda dünyanın 70-ə yaxın ölkəsinin sığorta peşəkarları iştirak edirlər. Qeyd edək ki, Azərbaycan Sığortaçılar Assosiasiyası 2021-ci ildən etibarən Sığorta Assosiasiyaları Qlobal Federasiyasının üzvüdür.

07-06-2022

Türk Dünyası Sığorta Birliyi yaradıldı

Bu gün Türkiyənin İstanbul şəhərində keçirilən Beynəlxalq Sığorta Sammitinin zirvə toplantısında təntənəli imzalanma mərasimi ilə türkdilli ölkələrin sığortaçılar birliklərindən ibarət Türk Dünyası Sığorta Birliyi yaradılıb. ASA-dan verilən məlumata görə, Türk Dünyası Sığorta Birliyinə Azərbaycanın, Türkiyənin, Qazaxıstanın, Özbəkistanın, Qırğızıstanın və Türkmənistanın sığortaçılar assosiasiyaları üzvdür. Məlumatda qeyd olunur ki, dünyada ilk dəfə yaradılan belə bir Birliyin başlıca məqsədi Birliyə üzv olan türkdilli ölkələrin sığorta sektorlarının inkişafında güclərin və imkanların birləşdirilməsi, üzv ölkələrin sığorta bazarları arasında kadr, təcrübə və məlumat mübadiləsinin təmin edilməsi, eyni zamanda türk dünyası sığorta sektoru üçün vahid sığorta hovuzunun yaradılması və bazarlar arasında təkrarsığorta istiqamətlərinin formalaşdırılıb inkişaf etdirilməsindən ibarətdir. Qeyd edək ki, Türk Dünyası Sığorta Birliyinin yaradılması fikri Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Türkiyə Sığorta Birliyi arasında əldə olunmuş ortaq razılıq və bir təşəbbüs nəticəsində gerçəkləşib.

26-05-2022

ASA Tədris Mərkəzində sığortaçılar üçün növbəti təlim keçirilib

ASA Tədris Mərkəzində sığortaçılar üçün növbəti təlim keçirilib ASA-nın hüquqşünası Turanə Axundovanın təlimçi olduğu seminarda mövzu zərərlərin tənzimlənməsi üzrə müştəri xidmətinin əsaslarına həsr olunub. Təlimdə sığortaçılara zərərlərin tənzimlənməsi prosesində effektivliyin artırılması və müştəri məmnuniyyətinə nail olmaq üçün vacib olan peşəkar bilik və bacarıqların formalaşdırılmasından bəhs edilib. Təlimin sonunda sığortaçılar sertifikatlarla təltif olunublar.

18-05-2022

ASA-da növbəti master-klass keçirilib

Azərbaycan Sığortaçılar Assosiasiyasında ASA Tədris Mərkəzinin təşkilatçılığı ilə sığorta şirkətlərinin insan resursları üzrə mütəxəssisləri üçün master-klass keçirilib. “Kouçinq üslubunda menecment” adlanan master-klassda təlimçi tanınmış kouç Camal Şahverdiyev olub. Tədbir zamanı iştirakçılara, müasir dövrdə idarəetmənin təkmilləşdirilməsi, fəaliyyətin effektivliyinin artırılması və yeni çağırışlara uyğunlaşdırılması istiqamətində kouçinq üslubunda menecmentin vacib rolu və əhəmiyyəti haqda geniş və ətraflı məlumat verilib.

28-04-2022

ASA ilə TÜİB arasında görüş keçirilib

ASA ilə TÜİB arasında görüş keçirilib Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər Birliyi (TÜİB) arasında işgüzar görüş keçirilib. Görüşdə ASA-nın İcraçı direktoru Elmar Mirsalayev Assosiasiya haqqında danışaraq həyata keçirilən layihələr və əməkdaşlıqlarla bağlı geniş məlumat verib. İcraçı direktor Türkiyə ilə Azərbaycan arasında hər bir sahədə inkişaf edən qarşılıqlı əməkdaşlığın sığorta sahəsində məhz ASA-nın təşəbbüsü ilə qurulduğunu qürur hissi ilə dilə gətirib. Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin sədri Hüseyin Büyükfırat da öz növbəsində sığortanın önəmindən danışaraq ASA-nın fəaliyyətini təqdir etdiyini bildirib. ASA-nın icraçı direktoru iki qurum arasında qarşılıqlı əməkdaşlıq imkanlarının mümkün olduğunu dilə gətirib. O qeyd edib ki, növbəti mərhələdə TÜİB-ə üzv olan və ölkəmizdə fəaliyyət göstərən türkiyəli iş adamları ilə sığortaçıların görüşünü təşkil edib, Birlik üzvlərinə iş dünyası üçün maraqlı ola biləcək sığorta növləri və məhsulları ilə bağlı təqdimatlar nümayiş etdirmək olar. Görüşün sonunda hər iki tərəf növbəti mərhələdə təmin olunacaq qarşılıqlı əməkdaşlıq imkanları ilə bağlı razılığa gəlib.

22-04-2022

ASA sığorta vasitəçilərinin lisenziya imtahanına hazırlıq kursu elan edir

ASA Tədris Mərkəzi tərəfindən təşkil olunmuş, “Siğorta vasitəçilərinin (agent və broker) lisenziya imtahanına Hazırlıq kursu”na iştirakçıların qeydiyyatt başlandı. Sığorta sahəsində peşəkar biliklərə yiyələnmək istəyən hər bir şəxs bu kursun iştirakçısı ola bilər. Kursun aparıcısı sığorta sektorunda 30-illik təcrübəyə malik olan təlimçi-ekspert Şükür Hüseynov olacaq.  Kursun ümumi müddət: Fiziki şəxs sığorta vasitəçiləri üçün (agent və broker)   - 20 saat (10 dərs, hər biri 2 saat olmaqla) Hüquqi şəxs sığorta vasitəçiləri üçün (agent və broker)  - 24 saat (12 dərs, hər biri 2 saat olmaqla) Kurs 25 aprel tarixində başlayaraq həftənin 1-ci, 3-cü və 5-ci günləri 18:30-dan - 20:30-dək olacaqdır. Hazırlıq kursunda iştirakın dəyəri: Fiziki şəxs sığorta vasitəçiləri üçün (agent və broker)   - 400 AZN (bütün vergilər daxil olmaqla) Hüquqi şəxs sığorta vasitəçiləri üçün (agent və broker)  - 450 AZN (bütün vergilər daxil olmaqla) Kursun sonunda iştirakçılara Fəxri Fərman təqdim olunacaq. Müraciət üçün son tarix: 21.04.2022

18-04-2022

“Yaşıl Marafon 2022” ağacəkmə kampaniyası çərçivəsində növbəti aksiya keçirilib

“Yaşıl Marafon 2022” ağacəkmə kampaniyası çərçivəsində növbəti aksiya keçirilib Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində ölkə üzrə növbəti ağacəkmə aksiyası bu gün Müşfiqabad qəsəbəsində keçirilib. IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən genişmiqyaslı ağacəkmə aksiyasına Azərbaycan Mərkəzi Bankının təşəbbüsü ilə ölkədə fəaliyyət göstərən maliyyə Assosiasiyaları – Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fintex Assosiasiyası və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının və üzvlərinin rəhbərliyi və o cümlədən kollektivi qoşulub. Ümumrespublika Yaşıllaşdırma Marafonunda Azərbaycan Sığortaçılar Assosiasiyasının vasitəçiliyi ilə Atəşgah Sığorta” və “PAŞA Həyat Sığorta” şirkətləri də iştirak etmişdir.

15-04-2022

ASA Tədris Mərkəzində "Siğorta şirkətlərində Risklərin idarə edilməsi sistemi" mövzusunda təlim keçirilib

ASA Tədris Mərkəzi  “Siğorta şirkətlərində Risklərin idarə edilməsi sistemi” mövzusunda təlim təşkil edib. Müxtəlif sığorta şirkətlərindən 7 nümayəndə təlimdə iştirak edib. Təlimin əsas məqsədi sığorta şirkətlərində risklərin idarə edilməsi sisteminin qurulması üzrə praktiki bilik və bacarıqların formalaşdırılması olub. Təlimçi Elman Sadıqov iştirakçılara 4 gün ərzində nəzəri və praktiki materiallardan istifadə edərək təlim keçmişdir. Təlimin sonuncu günü iştirakçılara təlimlə bağlı Fəxri Fərmanlar təqdim edildi. Təlimdə iştiraka görə sığorta şirkətlərinin rəhbərliklərinə və əməkdaşlarına öz təşəkkürümüzü bildiririk. 

03-03-2022

ASA sığortaçıları mükafatlandırdı

18 fevral tarixində keçirilmiş “Sığorta üzrə Test Müsabiqəsi”ndə uğurlu nəticələr əldə etmiş iştirakçıların təltif olunma mərasimi keçirildi. Tədbirdə iştirakçılara Fəxri Fərmanlar və hədiyyələr Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı Direktoru Elmar Mirsalayev və ASA Tədris Mərkəzinin Direktor müavini Babək Məmmədov tərəfindən təqdim edildi. Tədbirdə iştiraka görə sığorta şirkətlərinin rəhbərliklərinə və əməkdaşlarına öz təşəkkürümüzü bildiririk. 

01-03-2022

ASA "Xalq Sığorta"nın nümayəndələrini mükafatlandırdı

  18 fevral tarixində keçirilmiş “Xalq Sığorta” ASC-nin və Azərbaycan Sığortaçılar Assosiasiyasının birgə layihəsi olan “Sığorta üzrə Attestasiya”da uğurlu nəticələr əldə etmiş iştirakçıların təltif olunma mərasimi keçirildi. Tədbirdə iştirakçılara Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı Direktoru Elmar Mirsalayev və ASA Tədris Mərkəzinin Direktor müavini Babək Məmmədov tərəfindən Fəxri Fərmanlar və hədiyyələr  təqdim edildi. Bir daha tədbirdə iştiraka görə "Xalq Sığorta" Şirkətinin rəhbərliyi və əməkdaşlarına öz təşəkkürümüzü bildiririk. 

01-03-2022

ASA yazı müsabiqəsinin qaliblərini açıqladı

ASA yazı müsabiqəsinin qaliblərini açıqladı Azərbaycan Sığortaçılar Assosiasiyasının jurnalistlər arasında təşkil etdiyi yazı müsabiqəsi layihəsi yekunlaşıb. ASA-dan verilən məlumata görə, Assosiasiyanın 2021-ci ilin 1 dekabr tarixində jurnalistlər arasında start verdiyi “Risklərin idarə edilməsində sığortanın rolu” mövzusuna həsr olunmuş yazı müsabiqəsi layihəsi sona çatıb və qaliblər bəlli olub. Yazı müsabiqəsində 1-ci yerə “Sığorta xidmətləri bizi əhatə edən risklərə kifayət qədər dolğun təminat verə bilir” başlıqlı yazısı ilə Azərbaycan Dövlət İnformasiya Agentliyinin aparıcı müxbiri Samirə Quliyeva, 2-ci yerə “Günə 8 qəpik ödə, sığortalı evdə otur: Eviniz, obyektiniz, malınız necə sığorta olunmalıdır? – Hesablama qaydası” başlıqlı yazısı ilə “Ena.az” iqtisadi xəbər agentliyinin baş redaktoru İlhamə Xanlarqızı, 3-cü yerə isə “Risklərin idarə edilməsində sığortanın rolu” başlıqlı yazısı ilə “İndex.az” iqtisadiyyat xəbərləri portalının müxbiri Kəmalə Alıyeva layiq görülüb. Bu münasibətlə Azərbaycan Sığortaçılar Assosiasiyasının inzibati binasında qaliblərin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə I, II və III yerləri tutan jurnalistlərə müvafiq olaraq müəyyənləşdirilmiş pul mükafatları və sertifikatlar təqdim olunub. Qeyd edək ki, bu yazı müsabiqəsi Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair..

23-02-2022

Ölkə səviyyəsində keçirilən sığorta maarifləndirməsi layihəsinin ilkin mərhələsi başa çatmışdır

Ölkə səviyyəsində keçirilən sığorta maarifləndirməsi layihəsinin ilkin mərhələsi başa çatmışdır Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılılıqlı əməkdaşlıq haqqında” Memorandum çərçivəsində ölkə səviyyəsində təşkil olunmuş təbliğat və maarifləndirmə layihəsinin birinci mərhələsi uğurla başa çatmışdır. İlk mərhələdə ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələri və sosial media kanalları vasitəsilə aparılan maarifləndirmə kampaniyasında əhalidə və biznes dairələrində sığorta sahəsində risk mədəniyyətinin inkişaf etdirilməsi başlıca prioritet olmuşdur. Layihə çərçivəsində radio və televiziya kanallarında 60-dan çox maarifləndirici verilişlər təşkil olunmuş, yazılı mediada isə 90-a yaxın reportaj və xəbərlər dərc olunmuşdur. Sığorta sahəsində çox sayda müxtəlif məzmunlu maarifləndirici və təbliğat materialları hazırlanaraq effektiv media kanalları vasitəsilə geniş əhatədə yayımlanması təmin olunmuşdur. Şəhərin mərkəzi nöqtələrində yerləşdirilən skroller, tumba, həştaq kimi çöl reklamlarından istifadə olunmuş, avtobuslarda, taksilərdə və yaşayış binalarının liftlərində reklamlar yerləşdirilmişdir. Nəticədə əhali və biznes dairələrinə onların üzləşdiyi risklər, risklərin yarada bilələcəyi itkilərin qarşısının alınmasında sığortanın faydasına dair maarifləndirici mesajlar verilmişdir. Kommunikasiya materialları təxminən 4 milyon baxış..

15-02-2022

Bu gün Azərbaycan Sığortaçılar Assosiasiyasının fəalliyyətə başladığı gündən 15 il ötür.

ASA - 15 Bu gün Azərbaycan Sığortaçılar Assosiasiyasının  fəalliyyətə başladığı gündən 15 il ötür. 15-ci ilimizin sevinc, qürur və uğurlarını sizinlə bölüşürük. https://www.instagram.com/tv/CYEQSwgpcz1/?utm_source=ig_web_copy_link

29-12-2021

ASA jurnalistlər üçün yazı müsabiqəsi elan edir

Azərbaycan Sığortaçılar Assosiasiyası jurnalistlər arasında “Risklərin idarə edilməsində sığortanın rolu” mövzusunda yazı müsabiqəsinə start verdi. ASA-dan verilən məlumata görə, bu yazı müsabiqəsi Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair” Memorandumu çərçivəsində təşkil olunur. Qurumdan bildirilir ki, yazı müsabiqəsində I, II və III yerləri tutan jurnalistlərə müvafiq olaraq 1000, 750, 500 manat məbləğində pul mükafatları və sertifikatlar təqdim olunacaq. Yazı müsabiqəsinin şərtləri aşağıdakı kimidir: • Müsabiqə 1 dekabr 2021-ci il tarixdə başlayır və 2022-ci ilin 10 yanvar tarixdə saat 17:00-da başa çatır; • Müsabiqədə yalnız qeyd olunan dövr ərzində mərkəzi və regional elektron və çap mediasında dərc olunan məqalələr iştirak edə bilər; • Müsabiqədə iştirak edən məqalələr “Bu yazı Azərbaycan Sığortaçılar Assosiasiyasının “Risklərin idarə edilməsində sığortanın rolu” mövzusunda təşkil etdiyi yazı müsabiqəsi üçün yazılıb” epiqrafı ilə dərc edilməlidir; • Müsabiqədə iştirak edən yazılar ən az 3000, ən çox isə 5000 işarədən ibarət olmalıdır; • Müsabiqə iştirakçısı müsabiqəyə məqaləni mətn faylında (word) təqdim etməli həmçinin məqalənin dərc olunduğu qəzet və ya jurnalın bir nüsxəsini və ya skan edilmiş elektron variantını, elektron KİV-də yerləşdirilmiş yazının isə linkini..

03-12-2021

Mərkəzi Bankda media nümayəndələri üçün növbəti təlim keçirilmişdir

Ölkə Prezidenti cənab İlham Əliyevin bəyan etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən irəli gələn əsas çağırışların, mesajların, hədəflərin və bu istiqamətdə aidiyyatı üzrə görülən işlər barədə məlumatın cəmiyyətə düzgün kommunikasiya edilməsi, bu xüsusda mühüm hədəf qruplarından biri kimi media institutları ilə peşəkar əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin iqtisadi-maliyyə, o cümlədən maliyyə bazarları sahəsində biliklərinin artırılması məsələləri Mərkəzi Bankda daim diqqət mərkəzində saxlanılır. Missiyanın ötürücü vasitəsi kimi media orqanları ilə sıx əməkdaşlıq, onların maliyyə biliklərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər Mərkəzi Bankın siyasətinin və fəaliyyətinin geniş ictimaiyyət tərəfindən aydın başa düşülməsinə, həmçinin siyasət mesajlarının ictimaiyyətə düzgün ötürülməsinə, bank-maliyyə fəaliyyətinin mediada geniş işıqlandırılmasına, bununla da ictimaiyyətdə düzgün iqtisadi gözləntilərin formalaşdırlımasına xidmət edir. Bu məqsədlə Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün ənənəvi olaraq “Açıq qapı” tədbirləri, “Mərkəzi bankçılıq” və “Maliyyə-bank sisteminə dair bilik və bacarıqların təkmilləşdirilməsi” mövzularında təlimlər təşkil olunur. Bu prosesin davamı olaraq yeni qəbul olunmuş “Azərbaycan Respublikası Mərkəzi Bankının 2021-2023-cü illər üzrə kommunikasiya strategiyası”ndan irəli gələn vəzifələrə uyğun olaraq nəzərdə tutulan tədbirlərdən biri kimi 30 noyabr 2021-ci il tarixində Mərkəzi Bankda “Sığorta - maliyyə..

30-11-2021

ASA-nın Türkiyəyə ilk işgüzar səfəri uğurla yekunlaşıb

Azərbaycan Sığortaçılar Assosiasiyası Türkiyəyə ilk işgüzar səfərini həyata keçirib. ASA-dan verilən məlumata görə, işgüzar səfər ASA ilə Türkiyə Sığorta Birliyi arasında imzalanmış Memorandum çərçivəsində baş tutub. Səfər müddətində ASA-nın İcraçı direktoru Elmar Mirsalayev və Assosiasiyanın nümayəndə heyəti qardaş ölkənin müxtəlif sığorta təşkilatları və şirkətləri ilə görüşlər keçirərək Türkiyənin sığorta təcrübəsi ilə yaxından tanış olublar. Səfər çərçivəsində Türkiyə Sığorta Birliyinin rəhbərliyi ilə görüş keçirilib. Görüşdə iki ölkə arasında sığorta sahəsində münasibətlərin formalaşdırılması, eyni zamanda kadr və təcrübə mübadiləsi istiqamətində imkanlar müzakirə edilib. TSB sədri Atilla Benli ASA rəhbərliyini 2022-ci ildə İstanbulda keçiriləcək ənənəvi “Sığorta həftəsi”nə fəxri qonaq olaraq dəvət etdiyini bildirib. Artıq 1 ildir ki, ölkəmizdə yerli sığorta bazarı iştirakçılarının kadr potensialının təkmilləşdirilməsi, eyni zamanda sığortaçıların bilik və bacarıqlarının artırılması istiqamətində kütləvi təlimlər təşkil edən Türkiyə Sığorta İnstitutu Vəkfinin (TSEV) rəhbərliyi ilə də görüş keçirilib. Görüşdə yerli bazarın tələbatına uyğun olaraq növbəti mərhələdə təşkil olunacaq yeni təlimlərin istiqamətlərinin müəyyənləşdiriləcəyi ilə bağlı razılığa gəlinib. Səfərdə eyni zamanda Türkiyədə həyat sığortası, qeyri-həyat sığortası və təkrarsığorta seqmentləri üzrə fəaliyyət göstərən sığorta şirkətləri ilə də görüşlər keçirilib. Bu..

25-11-2021

Azərbaycan Sığortaçılar Assosiasiyası beynəlxalq təşkilata üzv seçildi – İLK DƏFƏ

Azərbaycan Sığortaçılar Assosiasiyası Sığorta Assosiasiyalarının Qlobal Federasiyasına (GFIA) üzv seçilib. ASA-dan verilən məlumata görə, katibliyi Brüssel şəhərində yerləşən Sığorta Assosiasiyalarının Qlobal Federasiyasının ötən gün keçirilən növbəti iclasında gündəlikdə duran məsələlərdən biri məhz Azərbaycan Sığortaçılar Assosiasiyasının Federasiyaya üzvlüyü ilə bağlı olub. Keçirilən səsvermə nəticəsində ASA-nın Federasiyaya üzvlüyü yekdilliklə dəstəklənib. Bununla da Azərbaycan Sığortaçılar Assosiasiyasının ilk dəfə beynəlxalq quruma üzvlüyü gerçəkləşib. Məlumat üçün bildirək ki, ASA Sığorta Assosiasiyalarının Qlobal Federasiyasına üzv olmaqla GFIA-in Baş Assambleyalarında ildə iki dəfə iştirak, “Insurance Europe” illik konfransında iştirak, Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının (IAIS) illik konfransında iştirak, təkrarsığorta ilə bağlı həlledici əhəmiyyətə malik məsələlər üzrə IAIS, OECD və digər beynəlxalq təşkilatlarla məlumat mübadiləsi və müzakirələrin aparılması, dünya sığortaçılarına aid hesabatların və xəbərlərin həftəlik “digest” təqdimatını əldə etmək, beynəlxalq sorğularda iştirak etmək, digər üzv assosiasiyalarla əlaqələrin qurulması, Brüsseldə yerləşən katibliyin inzibati dəstəyini əldə etmək və s. kimi imkanlara sahib olmuş olur. Qeyd edək ki, Sığorta Assosiasiyalarının Qlobal Federasiyası 2012-ci ilin oktyabr ayında Vaşinqtonda sığorta assosiasiyalarının görüşündə yaradılıb. Federasiya, qeyri-rəsmi olaraq 2008-ci ildən fəaliyyət göstərən Beynəlxalq Sığorta Assosiasiyaları Şəbəkəsini (INIA) əvəz edir..

25-11-2021

Sığorta hadisələrinin qarşısıalınma tədbirləri ilə bağlı sosial video-çarx hazırlanmışdır

Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanmış Memoranduma əsasən həyata keçirilən sığorta maarifləndirməsi layihəsi çərçivəsində yerli sığorta şirkətlərinin iştirakı ilə sığorta hadisələrinin qarşısıalınma tədbirləri istiqamətində video-çarx hazırlanmışdır. Adı çəkilən üç qurum arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair” Memoranduma əsasən ümumrespublika səviyyəsində geniş maarifləndirmə işlərinə başlanılmışdır. 3 ili əhatə edəcək bu sığorta maarifləndirməsi layihəsinin ilk mərhələsində əhalidə və biznes subyektlərində risk fərqindəliyinin formalaşdırılması nəzərdə tutulmuşdur. Layihə çərçivəsində yerli sığorta mütəxəssislərinin əhaliyə risk və sığorta anlayışları ilə bağlı geniş açıqlamaları təqdim olunur, eyni zamanda müxtəlif vasitələrlə hadisələrin qarşısının alınması ilə bağlı sosial çağırışlar ünvanlanır. Hadisələrin qarşısının alınması ilə bağlı hazırlanmış sosial video-çarx vasitəsilə vətəndaşlara ətrafımızın daim risklərlə əhatələndiyi və bu risklərdən qorunmaq üçün vaxtında qarşısıalınma istiqamətində addımlar atmağımız aşılanır və tövsiyə olunur. Sosial video-çarxı izləyə bilərsiniz

12-11-2021

ASA rəhbərliyi Moskvada keçirilən beynəlxalq sığorta konfransında iştirak edib

Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbər heyəti, Azərbaycan Mərkəzi Bankının yerli sığorta bazarının beynəlxalq təcrübəyə uyğunlaşdırılaraq inkişaf etdirilməsi strategiyasına uyğun olaraq Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində işgüzar səfərdə olub. ASA-dan verilən məlumata görə, Assosiasiyanın Müşahidə Şurasının sədri Azər Əliyev və İcraçı direktor Elmar Mirsalayev, ASA ilə Ümumrusiya Sığortaçılar Birliyi arasında imzalanmış Memoranduma əsasən, Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində baş tutan “ESG-Insur 2021” – Sığorta sektorunda ESG prinsiplərinin tətbiqinə dair I Beynəlxalq Konfransda iştirak ediblər. Konfransda qlobal maliyyə bazarlarının növbəti illər üzrə inkişaf strategiyalarında ESG-nin (ekoloji, sosial və korporativ idarəetmə) davamlı təşviq imkanları əsas müzakirə mövzularından olub. Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbər heyəti Ümumrusiya Sığortaçılar Birliyinin sədri İqor Yurgens ilə görüşərək iki qurum arasındakı əlaqələri tənzimləyən Memorandum çərçivəsində növbəti mərhələdə birgə həyata keçiriləcək tədbirləri müzakirə edib. ASA rəsmiləri Konfrans çərçivəsində eyni zamanda yerli sığorta bazarının beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi məqsədi ilə Rusiyanın sığorta və təkrarsığorta sahəsi üzrə ixtisaslaşmış nüfuzlu “Sber Straxovanie”, “AIG”, “Rosqosstrax”, “Zurich” şirkətlərinin və Rusiya Avtomobil Sığortaçıları Birliyinin rəhbərlikləri ilə də təkbətək görüşlər keçirib, əməkdaşlıq imkanlarını müzakirə ediblər. Assosiasiya rəhbərliyi səfər..

21-10-2021

ASA sığortaçılar üçün beynəlxalq seminar keçirdi

Azərbaycan Sığortaçılar Assosiasiyası və ASA Tədris Mərkəzi yerli sığorta bazarı iştirakçıları üçün beynəlxalq seminar təşkil edib. ASA-dan verilən məlumata görə, “Anderaytinqdə beynəlxalq təcrübə” mövzusunda keçirilən seminar Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi və dünyaca məşhur “Willis Towers Watson” şirkəti ilə “Xəmsə” Sığorta Brokeri və Azərbaycan Sığortaçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub. Ödənişsiz əsaslarla təşkil olunan seminarda dünya sığorta bazarının aparıcı beynəlxalq təkrarsığorta şirkətləri olan “Chubb”, “QBE” və “IGI”-nın mütəxəssislərinin “D&O”, “Kiber-sığorta”, “Məsuliyyət sığortası”, “Əmlak Sığortası” və digər aktual istiqamətlər üzrə mühazirələri dinlənilib. Seminarın səmərəliliyini artırmaq məqsədi ilə iştirakçılar praktiki məşğələlərə cəlb ediliblər. ASA-nın məlumatına görə, sığorta sektoru üçün bu kimi aktual mövzulara həsr edilmiş beynəxalq seminar və tədbirlər növbəti mərhələdə də karantin qaydaları şərtlərinə riayət edilməklə davamlı şəkildə həyata keçiriləcək.

21-10-2021

Sığortaçılar Assosiasiyası BMT-nin layihəsi çərçivəsində xeyriyyə aksiyası keçirib

Azərbaycan Sığortaçılar Assosiasiyası BMT-nin “Uşaq əməyinin istismarına qarşı mübarizə” çərçivəsində layihələrin həyata keçirilməsinə dair təşəbbüsünə qoşularaq təşkil etdiyi xeyriyyə aksiyasını uğurla yekunlaşdırıb. ASA-dan verilən məlumata görə, Azərbaycan Sığortaçılar Assosiasiyasının “Daha sağlam və sığortalı gələcək üçün” şüarı ilə başlatdığı xeyriyyə aksiyasına yerli sığorta bazarı iştirakçıları olan “Atəşgah Sığorta, “AzSığorta”, “Bakı Sığorta”, “Qala Həyat”, “Qala Sığorta”, “Meqa Sığorta”, “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətləri də qoşulub. Aksiya çərçivəsində aztəminatlı ailələrə və uşaq sığınacaqlarındakı məktəblilərə tədris ləvazimatları tədarük edilib. Xeyriyyə layihəsi çərçivəsində sığorta şirkətlərinin ianələri əsasında toplanmış məktəbli ləvazimatları 3 sığınacaq, 1 əlil uşaqlar üçün reabilitasiya mərkəzi və 26 aztəminatlı ailədəki ümumilikdə 120 məktəbli uşağa hədiyyə edilib. ASA-dan verilən məlumata görə, bu kimi korporativ sosial məsuliyyət layihələri növbəti dövr ərzində də sığorta şirkətlərinin dəstəyi ilə mütəmadi olaraq həyata keçiriləcək. Qeyd edək ki, bu günə olan hesabata görə, dünyada hazırda 160 milyona yaxın uşağın əməyi istismar edilir. Məhz bu məqsədlə də BMT 2021-ci ili “Uşaq əməyinin istismarının aradan qaldırılması ili” elan edib. Təşkilatın bu istiqamətdə başlıca hədəfi 2025-ci ilə qədər uşaq əməyinin istismarının qarşısının tamamilə alınması yönündə layihələrin..

27-09-2021

Niyaz İsmayılov: “Dünya tendensiyalarına uyğunlaşmaq üçün məsuliyyət yerli şirkətlərin üzərinə düşür”

Azərbaycan Sığortaçılar Assosiasiyasının dövri olaraq yayımlanan bülleteninin ənənəvi “Sığortalı müsahib” rubrikasında bu dəfəki həmsöhbətimiz “PAŞA Həyat Sığorta” şirkətinin İdarə Heyətinin sədri Niyaz İsmayılov oldu. Həyat sığortası seqmenti ilə bağlı çox maraqlı məqamlara aydınlıq gətirən müsahibəni təqdim edirik:   - Son dövr üzrə açıqlanan icmal göstəricilərinə əsasən yerli həyat sığortası bazarının mövcud vəziyyətini, potensialını və inkişaf perspektivlərini necə dəyərləndirirsiniz? - Məlumatı olmayanlar üçün bildirim ki, həyat sığortası şirkətləri əsasən 2 məhsulunu müştərilərə təqdim etməkdədir. Hazırda “İstehsalatda bədbəxt hadisələrin icbari sığortası” və “Yığım tərkibli yaşam sığortası” məhsulları biznesin əsasını təşkil edir. Diqqətinizə çatdırım ki, İcbari sığorta üzrə ümumi bazar potensialı 62 milyon manat görünür və demək olar ki, potensial bazarın 90%-i artıq sığortalanıb. Nəticəni çox yaxşı hesab etmək olar. Burada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İqtisadiyyat Nazirliyinin əməyini vurğulamaq istərdim. Belə ki, “Ağarma işləri”, əmək müqavilələrinin sayının artırılması, əmək haqqı fondunun artırılması və o cümlədən qeyri-neft sektorunun inkişafı həyat sığortası bazarına öz müsbət təsirini göstərməkdədir. Nəticədə də düşünürəm ki, gələcəkdə İcbari sığorta növü üzrə bazarın potensialı hətta 100 milyon manatı keçə bilər. Yaşam sığortası üzrə isə əksinə penetrasiya elə də yüksək səviyyədə deyil. Hazırda təxmini 2-3% təşkil edir..

27-09-2021

ASA xeyriyyə məqsədi ilə təşkil etdiyi layihənin birinci mərhələsini uğurla başa vurub.

Bildiyiniz kimi, ASA BMT-nin “Uşaq əməyinin istismarına qarşı mübarizə” təşəbbüsünə qoşularaq xeyriyyə aksiyasına start verib. Layihəyə qoşulan yerli sığorta şirkətlərindən “Atəşgah Sığorta”, “Azsığorta”, “Bakı Sığorta”,  “Qala Sığorta” “Qala Həyat”, PAŞA Həyat Sığorta” və “Paşa Sığorta” şirkətləri tərəfindən təhsil üçün vacib olan çox sayda məktəb ləvazimatı ASA-ya təqdim olunub. ASA-nın “Uşaq əməyinin istismarına qarşı mübarizə” layihəsinin növbəti mərhələsində, ianə edilmiş məktəb ləzavimatları aztəminatlı ailələrin məktəbli övladlarına və kimsəsiz uşaqlara yerli sığorta icması adından hədiyyə ediləcəkdir. Hazırda aztəminatlı ailələrin və kimsəsiz uşaqların müəyyənləşdirilməsi prosesi tərəfimizdən davam etdirilməkdədir. Bu istiqamətdə səhifəmizin izləyicilərinin tövsiyələri də bizim üçün çox dəyərlidir.

06-09-2021

ASA pulların yuyulmasına qarşı mübarizə mövzusunda təlim təşkil edib

Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə ASA Tədris Mərkəzində sığorta şirkətlərinin əməkdaşları üçün daha bir əhəmiyyətli təlim təşkil olunub. Bu dəfəki təlim cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə mövzusuna həsr edilib. Ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin əməkdaşlarının iştirak etdiyi təlimdə pulların yuyulmasının mahiyyəti, xüsusiyyətləri, təzahür formaları, mexanizmi, alətləri, tipik sxemləri, eyni zamanda bütün bu məqamların terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqəsi yönündə istiqamətlərə toxunulub. Təlimdə Azərbaycan Mərkəzi Bankının və ASA-ya üzv olan mütəxəssislərin çıxışları dinlənilib.

20-08-2021

Sığortaçılar Assosiasiyasında yeni komitə yaradılır

Azərbaycan Sığortaçılar Assosiasiyasında İT (informasiya texnologiyaları) komitəsinin yaradılması ilə bağlı qərar verilib. Yeni komitənin yaradılması ilə bağlı müvafiq qərar Assosiasiyanın Müşahidə Şurasının cari ilin 2-ci rübünün yekunlarına həsr olunmuş iclasında müzakirə olunaraq qəbul edilib. Yeni komitənin yaradılmasında başlıca məqsəd yerli sığorta bazarında fəaliyyət göstərən şirkətlərin informasiya texnologiyaları sahəsindəki ümumi problemlərinin daha çevik və sistemli şəkildə həll edilməsindən, eyni zamanda şirkətlərdəki İT istiqamətinin inkişafının stimullaşdırılmasından ibarətdir. Komitənin üzv heyətinin formalaşdırılması məqsədi ilə sığorta şirkətlərinə artıq müraciət də ünvanlanıb. Qeyd edək ki, bununla da Azərbaycan Sığortaçılar Assosiasiyasındakı komitələrin sayı 4-ə çatıb.

05-08-2021

ASA sığorta olimpiadası keçirdi

Azərbaycan Sığortaçılar Assosiasiyasının nəzdində fəaliyyət göstərən ASA Tədris Mərkəzində sığorta şirkətlərinin əməkdaşları üçün sığorta olimpiadası təşkil edilib. Olimpiadanın başlıca məqsədi sığorta şirkətlərinin əməkdaşlarının bilik və məlumatlılıq səviyyəsinin qiymətləndirilməsi və təlim ehtiyaclarının müəyyən edilməsi, eyni zamanda sığorta şirkətlərinin əməkdaşları arasında kommunikasiya gücləndirilməsindən ibarətdir. Məlumatda bildirilir ki, olimpiadada ümumilikdə 40 nəfər iştirak edib. Həyat və qeyri-həyat sığortası mövzularını əhatə edən olimpiada ölkədə tətbiq edilən mövcud karantin qaydalarının şərtlərinə uyğun olaraq növbəli şəkildə və sosial məsafə qorunmaqla həyata keçirilib. Olimpiadanın yekununda isə fərqlənən iştirakçılar mükafatlandırılıblar. Mükafatlandırılan iştirakçıların siyahısını təqdim edirik:   Birinci yer tutanlar: “Atəşgah Sığorta” - Ramidə Alıyeva  “Azərbaycan Sənaye Sığorta” - Murad Əbdül-Əlimov    İkinci yer tutanlar: “Günay Sığorta” - Turan Səfərova “Atəşgah Sığorta” - Rüfət Mustafayev   “Meqa Həyat Sığorta” - Süleymanova Aysel   Üçüncü yer tutanlar: “Paşa Sığorta” - Orxan Məmmədov “Qala Sığorta” - Elçin Həsənov   ASA-dan bildirilib ki, Assosiasiyanın strategiyasına uyğun olaraq bu kimi olimpiadalar gələcək dövrlərdə də davamlı olaraq təşkil ediləcək.

02-08-2021

ASA baş verən yanğın hadisələri ilə bağlı vətəndaşlara müraciət etdi

Azərbaycan Sığortaçılar Assosiasiyası son vaxtlar ölkənin müxtəlif ərazilərində qeydə alınan silsilə yanğın hadisələri ilə əlaqədar vətəndaşlara və sahibkarlara müraciət edib. ASA-dan verilən məlumata görə, müraciətdə qeyd olunur ki, baş verən yanğın hadisələri nəticəsində zərərçəkənlərin daşınmaz əmlak sığortasının olmadığı müəyyən edilib. ASA-nın İcraçı direktoru Elmar Mirsalayev müraciət açıqlamasında bildirib ki, Daşınmaz əmlak sığortası icbaridir, qanunvericiliklə tənzimlənir və hər bir vətəndaş və sahibkar üçün məcburidir: “Daşınmaz əmlakın icbari sığortası 2011-ci ildə qəbul edilmiş “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir və bu sığorta növü bütün daşınmaz əmlak sahibləri üçün məcburidir. Əmlakını icbari qaydada sığortalamayanlara qarşı İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsinə əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslərin 30 manat, vəzifəli şəxslərin 80 manat, hüquqi şəxslərin isə 200 manat məbləğində cərimə edilməsi nəzərdə tutulub. Doğrudur, hazırda konkret bir cərimə mexanizmi tətbiq edilmir, lakin bu ona əsas vermir ki, heç kəs əmlakını sığortalamamalıdır. Bu sığorta növü əmlak sahiblərinin özü üçün lazımlıdır, ona görə də cərimə qorxusu ilə yox, könüllü olaraq bu növə müraciət edilməlidir”. İcraçı direktorun sözlərinə görə, sığorta bazarı ilə..

28-07-2021

ASA sığorta olimpiadası keçirdi

Azərbaycan Sığortaçılar Assosiasiyasının nəzdində fəaliyyət göstərən ASA Tədris Mərkəzində sığorta şirkətlərinin əməkdaşları üçün sığorta olimpiadası təşkil edilib. ASA-dan verilən məlumata görə, olimpiadanın başlıca məqsədi sığorta şirkətlərinin əməkdaşlarının bilik və məlumatlılıq səviyyəsinin qiymətləndirilməsi və təlim ehtiyaclarının müəyyən edilməsi, eyni zamanda sığorta şirkətlərinin əməkdaşları arasında kommunikasiya gücləndirilməsindən ibarətdir. Məlumatda bildirilir ki, olimpiadada hər sığorta şirkətindən 2 nəfər olmaqla ümumilikdə 40 nəfər iştirak edib. Həyat və qeyri-həyat sığortası mövzularını əhatə edən olimpiada ölkədə tətbiq edilən mövcud karantin qaydalarının şərtlərinə uyğun olaraq növbəli şəkildə və sosial məsafə qorunmaqla həyata keçirilib. ASA-dan, olimpiadanın nəticələrinin yaxın günlərdə açıqlanacağı və bu kimi olimpiadaların davamlı şəkildə gələcəkdə də keçiriləcəyi bildirilib.  

23-07-2021

Elmar Mirsalayev: Bu gün Azərbaycanın sığorta sektoru yeni inkişaf mərhələsi fonunda dirçəliş dövrünü yaşayır

Maliyyə sisteminin davamlı və dayanıqlı inkişafında başlıca lokomotiv rolunu oynayan sığorta sektorunun sağlam əsaslarla formalaşması ölkənin sosial-iqtisadi rifahını təmin edən əsas amillərdəndir. COVID-19 pandemiyası dünya iqtisadiyyatlarına neqativ yöndə təsir etsə də, sevindirici haldır ki, Azərbaycanın sığorta sektoru bu qlobal fəlakətin yaratdığı məhrumiyyətlərin böyükmiqyaslı zərərliliyindən yayına bildi və müvafiq dövr ərzində böyümə trendini qoruyub saxladı. Cari ilin 6 ayı ərzində də yerli sığorta bazarında artım dinamikası və sektor üzrə aktivlik müşahidə olundu. Sığorta sektorunun icmalı ilə bağlı açıqlanan son rəqəmlərin şərhi və müvafiq dövr ərzində sektorda görülmüş işlərlə bağlı Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktoru Elmar Mirsalayevin AZƏRTAC-a müsahibəsini təqdim edirik:   - Artıq ilin yarısını geridə qoyduq. Ötən dövr ərzində yerli sığorta bazarının yığım dinamikasında volatillik müşahidə olundu. Belə ki, bazar cari ilə azalma ilə başladı, daha sonra artım təmin olundu. Ödənişlərdə isə stabil böyümə diqqət çəkir. Bu dövrə qədər olan icmal rəqəmlərinə əsaslanaraq bazarın mövcud vəziyyətini necə şərh edərdiniz? - Azərbaycanın sığorta bazarının yarım illik vəziyyətinin şərhinə cari ilin yox, məhz ötən ilin əvvəlindən başlamaq istəyirəm. Bildiyiniz kimi, 2020-ci ilin ilk aylarından etibarən dünyada və ölkəmizdə qeydə alınan COVID-19 pandemiyası müxtəlif sektor və seqmentlərə bu və ya digər formada öz neqativ təsirini göstərməkdədir. Lakin buna baxmayaraq sığorta bazarı digər iqtisadi klassifikasiyalarla müqayisədə pandemiyanın daha..

16-07-2021

ASA ilə Ümumrusiya Sığortaçılar Birliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Ümumrusiya Sığortaçılar Birliyinin prezidenti İqor Yuryeviç Yurgens Azərbaycan Sığortaçılar Assosiasiyasının dəvəti ilə ölkəmizdə işgüzar səfərdədir. ASA-dan verilən məlumata görə, səfər çərçivəsində Ümumrusiya Sığortaçılar Birliyinin prezidenti İ.Y.Yurgens ilə Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri Elman Rüstəmov arasında baş tutan görüşdə sığorta sektoru ilə bağlı mühüm məsələlər müzakirə edilib. Daha sonra rusiyalı sığortaçı ilə Azərbaycan Sığortaçılar Assosiasiyasında görüş keçirilib. Görüşdə ASA-nın müşahidə şurasının sədri Azər Əliyev və icraçı direktor Elmar Mirsalayev iştirak ediblər. Ölkəmizin sığorta sektorunda son illər qeydə alınan inkişaf göstəricilərinə toxunan görüş iştirakçıları, sığorta sektorunun davamlı və dayanıqlı maliyyə sisteminin formalaşmasındakı əhəmiyyətini xüsusi olaraq vurğulayıblar. Görüş çərçivəsində sığorta sahəsində iki ölkə arasında qarşılıqlı əməkdaşlıq imkanları da geniş müzakirə edilib. Və əvvəlcədən əldə edilmiş razılığa əsasən Ümumrusiya Sığortaçılar Birliyi ilə Azərbaycan Sığortaçılar Assosiasiyası arasında Memorandum imzalanıb. Memorandumda qeyd olunan şərtlərə görə, iki qurum növbəti mərhələdə sığorta, maliyyə-kredit əməliyyatları və vergiqoyma sahəsində tətbiq edilən qanunvericilik və hüquqi-normativ aktlarla bağlı məlumat mübadiləsi, peşəkar kadrların hazırlanması, tədris proqramları və metodiki materialların mübadiləsi, habelə sığorta biznesi ilə əlaqədar işgüzar görüşlər, konfranslar və seminarların təşkil olunması, eyni zamanda..

16-07-2021

Azərbaycanda sığorta maarifləndirməsi ilə bağlı kommunikasiya strategiyası müəyyənləşir

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə ölkədə sığorta maarifləndirilməsi və təbliğatı ilə əlaqədar olaraq sığortaçılar arasında kommunikasiya strategiyasının müəyyənləşdirilməsi ilə bağlı tədbir keçirilib. ASA-dan verilən məlumata görə, tədbir, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair Memorandum” çərçivəsində layihələrin təşkil olunması ilə bağlı kommunikasiya strategiyasının müəyyənləşdirilməsi məqsədi ilə təşkil olunub. Məlumatda bildirilir ki, tədbirdə Azərbaycan Respublikasının Mərkəzi Bankının, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun rəhbərlikləri, eyni zamanda yerli sığorta bazarında fəaliyyət göstərən 20 sığorta və 1 təkrarsığorta şirkətinin sədrləri iştirak ediblər. ASA-nın İcraçı direktoru Elmar Mirsalayev tədbirlə bağlı mediaya açıqlamasında bildirib ki, müvafiq Memorandumla bağlı işlərə artıq başlanılıb: “Əhalinin sığorta məlumatlılığının müəyyənləşdirilməsi ilə bağlı layihə çərçivəsində sistemli sorğular keçirildi və boşluqlar müəyyənləşdirildi. Bugünkü tədbirdə aparılacaq müzakirə nəticəsində növbəti mərhələdə sığorta ilə bağlı kütləvi tədbir və layihələrə intensiv şəkildə start veriləcək”.

08-07-2021

Azərbaycanda sığorta ilə bağlı daha bir istiqamət elektronlaşacaq

“Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi arasında görüş keçirilib. ASA-dan verilən məlumata görə, görüşdə sığorta şirkətləri ilə Mərkəz arasında sənəd və məlumat mübadiləsinin elektronlaşması ilə bağlı məsələ müzakirə edilib. Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev çıxışında bildirib ki, hazırda ölkəmizdə və dünyada bütün sahə, sektor və seqmentlər müasir çağırışlara adekvat olaraq elektronlaşma proseslərini sürətləndirib. ASA rəhbəri qeyd edib ki, proseslərin avtomatlaşdırılması yerli sığorta bazarı üçün də prioritetdir: “Yerli sığorta bazarı iştirakçıları sistemin elektronlaşması ilə bağlı əhəmiyyətli addımlar atıblar. Qarşımızda duran başlıca hədəflərdən biri sığortaçıların mütəmadi olaraq məlumat mübadiləsi gerçəkləşdirdiyi qurumlarla da proseslərin elektronlaşması yönündədir. Nümunə olaraq qeyd edə bilərəm ki, artıq Milli Hidrometeorologiya Xidməti ilə qarşılıqlı sənəd mübadiləsi prosesləri elektronlaşıb. Növbəti mərhələ olaraq Respublika Seysmoloji Xidmət Mərkəzi ilə də sənəd dövriyyəsində müvafiq elektronlaşmanın həyata keçirilməsinin tərəfdarıyıq”. Respublika Seysmoloji Xidmət Mərkəzinin Baş direktoru, professor Qurban Yetirmişli qurumlar arasında sənəd dövriyyəsi və informasiya mübadiləsinin elektronlaşması yönündə irəli sürülmüş təklifi yüksək qiymətləndirib. Mərkəzin baş direktoru müvafiq təklifin dəyərləndiriləcəyini və bu istiqamətdə müsbət..

22-06-2021

ASA ilə Asiya İnkişaf Bankı arasında görüş keçirilib

“Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin rəhbərliyi ilə Asiya İnkişaf Bankının Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri xanım Kendis Makdeyqan arasında görüş keçirilib. ASA-dan verilən məlumata görə, görüşdə Sığortaçılar Assosiasiyanın İcraçı direktoru Elmar Mirsalayev AİB rəhbərliyinə Birlik haqqında məlumat verərək, yerli sığorta bazarının mövcud vəziyyəti və inkişaf perspektivlərindən danışıb. Sektorun yeni inkişaf mərhələsində olduğunu vurğulayan icraçı direktor mövcud bazar şərtləri çərçivəsində həllini gözləyən bir qism məsələlərin hələ də qaldığını qeyd edib. Asiya İnkişaf Bankının Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri xanım Kendis Makdeyqan isə öz çıxışında Azərbaycan Sığortaçılar Assosiasiyasının fəaliyyəti və sığorta bazarındakı proseslərlə yaxından maraqlandıqlarını qeyd edib. Xanım K.Makdeyqan iki qurum arasında sığorta sektoru ilə bağlı məlumat mübadiləsinin təmin olunmasını, nəticədə isə yerli sığorta bazarındakı real problemlərin aşkarlanması və onların həlli yollarının müəyyən olunmasında Asiya İnkişaf Bankı olaraq sektorun inkişafı üçün texniki dəstək göstərə biləcəkləri ilə bağlı imkanların araşdırılacağını vurğulayıb.

22-06-2021

ASA BMT-nin xeyriyyə təşəbbüsünə qoşuldu

“Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyi BMT-nin “Uşaq əməyinin istismarına qarşı mübarizə” çərçivəsində layihələrin həyata keçirilməsinə dair təşəbbüsünə qoşularaq xeyriyyə aksiyasına start verib. ASA-dan verilən məlumata görə, “Daha sağlam və sığortalı gələcək üçün” şüarı ilə başladılmış xeyriyyə aksiyasında uşaqların təhsilə cəlb olunması əsas prioritet olaraq seçilib. Assosiasiyadan bildirilir ki, aksiya çərçivəsində xeyriyyə fondu yaradılıb. Belə ki, yerli sığorta bazarı iştirakçıları olan sığorta şirkətləri uşaqların təhsili üçün lazım ola biləcək ləvazimatları toplayaraq bu fonda ianə edirlər. Aksiyada yalnız sığorta şirkətləri yox, digər sektorlar üzrə fəaliyyət göstərən şirkətlər də iştirak edib xeyriyyə fonduna ianə edə bilər. Məlumata görə, xeyriyyə fonduna toplanmış təhsil ləvazimatları 5 sentyabr – Ümumdünya Xeyriyyə Günündə ASA tərəfindən ölkədə fəaliyyət göstərən uşaq evlərinə bağışlanacaq. Qeyd edək ki, bu günə olan hesabata görə, dünyada hazırda 160 milyona yaxın uşağın əməyi istismar edilir. Məhz bu məqsədlə də BMT 2021-ci ili “Uşaq əməyinin istismarının aradan qaldırılması ili” elan edib. Təşkilatın bu istiqamətdə başlıca hədəfi 2025-ci ilə qədər uşaq əməyinin istismarının qarşısının tamamilə alınması yönündə layihələrin mütəmadi olaraq həyata keçirilməsidir.

18-06-2021

Əhali bu səbəbə görə sığorta müqaviləsini yeniləmir – ASA açıqladı

Azərbaycan Respublikası Mərkəzi Bankı, "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyi və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair Memorandum” çərçivəsində keçirilmiş sorğunun yekun nəticələri açıqlanıb. ASA-dan verilən məlumata görə, 2150 respondent arasında keçirilmiş sorğu nəticələrindən aydın olub ki, əhalinin 19%-i, biznes subyektlərinin isə 12%-i məhz həmin il hər hansı bir sığorta hadisəsi baş vermədiyi üçün sığorta müqaviləsini yeniləmir. Soğru çərçivəsində əldə olunmuş digər bir məlumata görə, əhalinin 37%-i, biznes subyektlərinin isə 47%-i sığorta xidmətlərini əmlak sığortasına görə, əhalinin 35%-i, biznes subyektlərinin isə 48%-i avtomobil sığortasına görə tanıdığını bildirib. Sorğu nəticəsində məlum olub ki, əhalinin 43%-i, biznes subyektlərinin isə 71%-i sığorta xidmətlərindən aktiv olaraq yararlanır. Respondentlər arasında əhalinin 63%-inin, biznes subyektlərinin isə 61%-inin sığorta ilə bağlı hər hansı neqativ halla rastlaşmadığı ortaya çıxıb. Soğru nəticələrinə görə, sığorta ilə bağlı məlumatları repondentlərdən əhalinin 45%-i, biznes subyektlərinin isə 36%-i televiziya kanallarından, yenə əhalinin 25%-i, biznes subyektlərinin isə 32%-i internet portalları və xəbər saytlarından əldə etdikləri məlum olub.

02-06-2021

ASA sığorta agentlərinin problemlərini dinləyib

“Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin rəhbərliyi ölkədə fəaliyyət göstərən bir qrup sığorta agenti ilə zoom görüş keçirib. ASA-dan verilən məlumata görə, sığorta agentlərinin təklifi və təşəbbüskarlığı ilə baş tutan görüşdə problemlər dinlənilib və onların həlli yolları geniş müzakirə olunub. Görüş zamanı daha çox sığorta agentlərinin vergi mükəlləfiyyətləri, sığorta şirkətləri ilə kommunikasiya problemləri, “Qaynar xətt” və “Call center”lərin sığorta agentləri ilə koordinasiyalı fəaliyyətindəki boşluqlar, mövcud qanunvericiliyin təkmilləşdirilməsi və sığorta agentlərinə vahid nəzarət mexanizminin formalaşdırılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbərliyi səsləndirilən bu və digər problemləri rəsmi müraciət şəklində sənədləşdirildikdən sonra aidiyyəti istiqamətlərə yönləndirəcəyini bildirib. İctimai Birlik rəsmiləri görüş zamanı bu kimi tədbirlər növbəti mərhələdə də mütəmadi olaraq və daha geniş tərkibdə təşkil olunacağını qeyd ediblər.

31-05-2021

ASA açıqladı: Biznes subyektlərinin 57%-i sığortaya inanır

Respondentlərdən əhalinin 42%-i, biznes subyektlərinin isə 57%-i hadisə zamanı sığortanın köməklik edəcəyinə inandığını bildirib. Bu barədə Azəbaycan Sığortaçılar Assosiasiyası keçirilən sorğu nəticələrinə əsasən məlumat yayıb. Məlumatda bildirilir ki, əldə olunmuş daha bir sorğu nəticəsinə görə, əhalinin 35%-i, biznes subyektlərinin isə 38%-i sığorta xidmətlərini onlayn şəkildə əldə etməyə üstünlük verir. Respondentlər arasında sığorta xidmətinin əlçatan olduğuna inananlar da çoxluq təşkil edir. Belə ki, əhalinin 41%-i, biznes subyektlərinin isə 49%-i sığorta xidmətlərinin mövcud və potensial sığortaolunanlara əlçatan olduğunu hesab edir. Qeyd edək ki, müvafiq nəticələr Azərbaycan Respublikası Mərkəzi Bankı, "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyi və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair Memorandum” çərçivəsində araşdırma və konsaltinq şirkəti tərəfindən 2150 respondent arasında keçirilmiş sorğu əsasında əldə olunub.

03-05-2021

Azərbaycanda sığorta savadlılığının artırılması layihəsinə start verilib

Azərbaycan Mərkəzi Bankı, "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyi və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair Memorandum”un icrasına başlanılıb. ASA-nın məlumatına görə, sorğuların keçirilməsi məqsədi ilə cari ilin fevral ayında təşkil olunmuş tenderin qalibi olmuş “SIAR Research and Consulting Group” şirkəti əldə olunan ilkin sorğu nəticələrini Memorandum tərəflərinə təqdim edib. Təşkil olunan sorğunun respondentləri Bakı və 12 regional şəhərdə yaşayan 18-65 yaş aralığında olan əhali və biznes subyektlərindən ibarət olub. Sorğunun ümumi nəticələrinə görə, respondentlərin cavablarında neytral mövqe müşahidə olunmayıb, əhali və biznes subyektləri daha çox dəqiq cavablara üstünlük verilib. Bu da öz növbəsində Memorandumda müəyyən olunmuş istiqamətlərin növbəti mərhələdə daha effektiv realizə olunmasına zəmin yaradır. Xatırladaq ki, 21 iyul 2020-ci il tarixdə imzalanmış memorandumun başlıca istiqaməti isə sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsindən ibarətdir.

21-04-2021

ASA sığorta bazarı ilə bağlı 3 illik strategiyanı açıqladı

Azərbaycan Sığortaçılar Assosiasiyası yerli sığorta bazarının inkişafı və stimullaşdırılması ilə bağlı hazırladığı 3 illik strategiya təsdiqlənib. ASA-dan verilən məlumata görə, 2021-2023-cü illəri əhatə edən və yerli sığorta bazarında həllini gözləyən prioritet istiqamətlərə hədəflənən strategiya Assosiasiyanın Müşahidə Şurası tərəfindən təsdiqlənib. 8 strateji hədəfdən ibarət olan strategiyada növbəti mərhələdə sığorta sektorunda infrastrukturun təkmilləşdirilməsi, sektorda milli peşə standartlarının tətbiqinə dəstək göstərilməsi, sığorta savadlılığının artırılması ilə sığorta mədəniyyətinin formalaşdırılması, sığorta sektorunda beynəlxalq əməkdaşlıq layihələrinin genişləndirilməsi, yerli sığorta bazarı iştirakçıları ilə birgə korporativ sosial məsuliyyətin gücləndirilməsi və s. kimi istiqamətlər yer alıb.

08-04-2021

ASA ilə Aqrar Sığorta Fondu memorandum imzaladı

Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Aqrar Sığorta Fondu arasında sığorta sektorunun inkişafı istiqamətində qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb. ASA-dan verilən məlumata görə, iki qurum arasında keçirilən görüşdə növbəti mərhələdə birlikdə həyata keçirilməsi nəzərdə tutulan layihələr müzakirə edilib. Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev bu əməkdaşlığın əhəmiyyətini yüksək qiymətləndirərək, bunun növbəti mərhələdə sektorun inkişafı ilə bağlı prioritetlərin birgə realizə olunmasına təkan verəcəyini bildirib. İcraçı direktor onu da vurğuladı ki, sığorta sektoruna aid olan bütün qurumların imkanlarını vahid istiqamətdə dəyərləndirilmək və bununla da bazarın inkişaf dinamikasına təkan vermək ASA-nın başlıca prioritetidir. Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov da öz növbəsində əldə olunmuş anlaşmanın ölkədə yeni tətbiq edilməkdə olan aqrar sığorta mexanizminin inkişafını, mövcud və potensial sığortaolunan kontingentində aqrar sığorta vərdişlərinin formalaşmasını stimullaşdıracağına əminliyini qeyd edib. Görüşün sonunda iki qurum arasında həm aqrar sığorta xidmətlərinin, həm də ümumilikdə yerli sığorta bazarının inkişafına hədəflənən qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.

05-04-2021

ASA hərbçilərin sığorta ödənişləri ilə bağlı rəqəmləri açıqladı

Azərbaycan Mərkəzi Bankı və Azərbaycan Sığortaçılar Assosiasiyasının birgə nəzarəti ilə Vətən Müharibəsində şəhid olmuş və ya aldığı xəsarət nəticəsində müvafiq əlillik dərəcəsi almış hərbi qulluqçuların ipoteka kreditlərinin sığorta vasitəsilə ödənilməsi prosesi davam edir. ASA-dan verilən məlumata görə, 2020-ci ilin 27 sentyabr tarixində başlayıb 44 gün davam edən və rəşadətli ordumuzun qələbəsi ilə nəticələnən Vətən Müharibəsində iştirak edərək şəhid olmuş və ya müxtəlif əlillik dərəcəsi almış hərbiçilərimizə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilmiş ipoteka kreditləri həyat sığortası üzrə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən ödənilir. Məlumatda bildirilir ki, bu günə olan məlumata görə, Vətən Müharibəsində iştirak edərək şəhid olmuş və ya müxtəlif əlillik dərəcəsi almış hərbiçilərimizə aid olan ümumilikdə 3 milyon 404 min 851 manat həcmində ipoteka kreditləri həyat sığortası sahəsində fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən tam ödənilib. Bu istiqamətdə 130 min manat həcmində ipoteka kreditinin ödənilməsi isə nəzərdə tutulur. Həmçinin şəhidlərimizin vərəsələrinə, xəsarət almış hərbiçilərimizə və əlillik dərəcəsi müəyyən edilmiş qazilərimizə Hərbi Qulluqçuların Dövlət İcbari Şəxsi Sığortası çərçivəsində sığorta ödənişinin verilməsi prosesi də davam etməkdədir. Bu istiqamətdə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən bu günədək 44 milyon manatdan çox sığorta məbləği ödənilib. Qeyd edək ki, “Hərbi qulluqçuların dövlət icbari..

18-03-2021

ASA ilə Sosial Tədqiqatlar Mərkəzi arasında Memorandum imzalandı

Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Sosial Tədqiqatlar Mərkəzinin rəhbər heyəti arasında görüş keçirilib. ASA-dan verilən məlumata görə, görüşdə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədr müavini, millət vəkili Elşad Mirbəşir oğlu Mərkəz haqqında məlumat verərək həyata keçirilən layihələrdən danışıb. Baş verən proseslərin cəmiyyətə təsir imkanlarının müəyyənləşdirilməsi məqsədi ilə Mərkəzin reallaşdırdığı tədqiqat və sorğu fəaliyyətinin vacibliyinə toxunan sədr müavini, növbəti mərhələdə məhz bu kimi addımlarla önəmli bir maliyyə seqmenti olan sığorta sahəsinin inkişafında da maraqlı olduqlarını bildirib. Mərkəz rəsmisi eyni zamanda son dövrlər sığorta sahəsində xüsusi bir canlanma yarandığını və bu müsbət dəyişiklikdə Sığortaçılar Assosiasiyasının önəmli rol oynadığını xüsusi qeyd edib. Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev də öz növbəsində ASA haqqında ətraflı məlumat verib. İcraçı direktor Mərkəzin fəaliyyətini yaxından izlədiklərini və həyata keçirilən layihələrin mövcud vəziyyətdə yaratdığı müsbət təsirlərin müşahidə edildiyini bildirib. Assosiasiyası rəhbəri həmçinin iki qurum arasında təmin olunan bu əməkdaşlığı yüksək qiymətləndirərək. O, həmçinin növbəti mərhələdə aparılacaq sorğu və tədqiqatlar nəticəsində sığorta sektorundakı fundamental problemlərin aşkarlanmasında, onların tez zamanda aradan qaldırılmasında və bununla da ölkə iqtisadiyyatının dayanıqlı inkişafında maraqlı olduqlarını bildirib. Görüşün sonunda Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Sosial Tədqiqatlar..

09-03-2021

Sığorta sahəsində Türkiyə ilə əməkdaşlığın predmetləri müəyyənləşdi

Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Türkiyə Sığorta Birliyinin rəhbər heyəti arasında zoom-konfrans keçirilib. ASA-dan verilən məlumata görə, görüşdə iki qardaş ölkə arasında sığorta sahəsində qurulmuş əməkdaşlıq çərçivəsində ilk mərhələdə həyata keçiriləcək fəaliyyət planı müzakirə olunub. Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Azər Əliyev konfransı giriş sözü ilə açaraq Türkiyə ilə Azərbaycan arasındakı qarşılıqlı əməkdaşlıq münasibətlərinin sığorta sahəsində də təmin olunduğundan məmnunluğunu bildirib. Ötən ilin dekabr ayında iki qurum arasında imzalanmış rəsmi Memorandum çərçivəsində qurulan əməkdaşlığın hər iki ölkənin sığorta bazarı üçün səmərəli olacağını vurğulayıb. Türkiyə Sığorta Birliyinin sədri Atilla Benli də bu əməkdaşlığı yüksək qiymətləndirdiyini və növbəti mərhələdə münasibətlərin dinamik formada təmin edilməsində maraqlı olduğunu qeyd edib. Qardaş ölkənin sığorta requlyatorunun sədri Azərbaycanda sığorta sahəsində Türkiyə təcrübəsinin tətbiq olunması üçün qurum olaraq bütün imkanlarını səfərbər edəcəklərini bildirib. ASA-nın İcraçı direktoru Elmar Mirsalayev qurulmuş əməkdaşlıq çərçivəsində fəaliyyət planının ən tez zamanda tərtib olunmasını zəruri hesab etdiyini vurğulayıb. İcraçı direktor, imzalanmış Memoranduma əsasən ilk mərhələdə kadr və təcrübə mübadiləsinin həyata keçirlməsinin uğurlu ola biləcəyini qeyd edib. TSB-nin İcraçı direktoru Özgür Obalı azərbaycanlı sığortaçıların Türkiyədə təcrübəyə cəlb..

23-02-2021

Sığorta hadisələrində ən çox zərər vuran avtomobil markaları açıqlandı – SİYAHI

Azərbaycan Sığortaçılar Assosiasiyası 2020-ci ilin yekunlarına həsr etdiyi “İllik icmal” bülletenində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə bağlı maraqlı statistika açıqlayıb. Fins.az xəbər verir ki, ASA-nın bülletenində ötən il ərzində baş vermiş qəzalarda ən çox zərər vurmuş avtomobil markalarını və onların sayı açıqlanıb. “İllik icmal”a görə, 2020-ci il ərzində ən çox zərər vuran avtomobil markaları siyahısına 3829 dəfə qəza törətməklə “VAZ” markalı avtomobillər başçılıq edir. Siyahıda ikinci yerdə 3771 dəfə zərərvurma ilə “Mercedes-Benz”, 3-cü yerdə isə 1494 dəfə zərərvurma ilə “Hyundai” markalı avtomobillər yer alır.

18-02-2021

ASA “İllik icmal” bülletenini yayımladı

Azərbaycan Sığortaçılar Assosiasiyası 2020-ci ilin yekunlarına həsr etdiyi “İllik icmal” bülletenini sığorta iştirakçılarına təqdim edib. ASA-dan verilən məlumata görə, bülletende Assosiasiyanın ötən il ərzində müxtəlif istiqamətlərdə əldə etdiyi uğurlar, həyata keçirdiyi yeni layihələr haqqında məlumatlar, eyni zamanda yerli sığorta bazarı iştirakçılarının və sığorta növlərinin renkinqi yer alıb. Belə ki, sayca 4-cü buraxılışı olan bülletendə icbari və könüllü, eyni zamanda həyat və qeyri-həyat sığorta növlərinin bazar payı və dinamikası ayrı-ayrılıqda təhlil olunub. Azərbaycan Sığortaçılar Assosiasiyasından bildirilir ki, hər ay yayımlanan bu bülletenin yaxın vaxtlarda çap versiyası da nəzərdə tutulur.

18-02-2021

Ziya Əliyev: “Sığorta şirkətləri ödənişə xərc kimi baxmamalıdırlar”

Xarici maliyyə şokları, eyni zamanda COVID-19 pandemiyası fonunda müxtəlif iqtisadi sahələrin mövcud vəziyyəti, inkişaf imkanları və bu istiqamətdə atılması zəruri olan addımlar prioritet müzakirə mövzusudur. Baş verən proseslərin xüsusilə sığorta bazarlarına təsiri, sektorun neqativ tendensiyalarından yayınma imkanları əsas istiqamətlərdəndir. Xəbər verdiyimiz kimi, Azərbaycanın sığorta bazarı ilə bağlı 2020-ci ilin yanvar-dekabr aylarını əhatə edən icmal göstəriciləri açıqlandı. Ümumi yığımlar üzrə dinamikada artım qeydə alınıb. Belə olan təqdirdə bazarın növbəti mərhələdə inkişaf perspektivləri və prioritetlərin icra məsələləri maraq doğurur. Sektoru maraqlandıran bu və digər məsələlərlə bağlı Azərbaycan Sığortaçılar Assosiasiyası “Sığortalı müsahib” layihəsinə start verib. İlk müsahib Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru Ziya Əliyevdir. Müsahibəni təqdim edirik: - Ziya müəllim, 2019-cu ilin sonu Prezident İlham Əliyev Azərbaycan Mərkəzi Bankını bank və sığorta sektoru, eyni zamanda qiymətli kağızlar bazarlarına əsas nəzarətedici orqan olması ilə əlaqədar müvafiq sərəncam verdi. Maraqlıdır, Azərbaycan Mərkəzi Bankı üçün o üst ali mərtəbədən baxdıqda sığorta bazarı necə, nə dərəcədə dinamik və hansı həcmdə görünür? - Uzunmüddətli dövrdə, yəni ötən 10 və 15 ilin bazar dinamikasına nəzər salsaq görərik ki, bazar önəmli bir inkişaf mərhələsi keçib. Bu dövr ərzində sığorta bazarının həcmi bir neçə dəfə böyüyüb. Bildiyiniz kimi, 2011-ci ildə bir sıra icbari sığorta növləri tətbiq olundu ki, bu da bazarın genişlənməsində ciddi rol oynadı. Artıq..

10-02-2021

ASA ilə QHT Şurası arasında görüş keçirildi – YENİ ƏMƏKDAŞLIQ

Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında zoom-görüş keçirilib. ASA-dan verilən məlumata görə, görüşdə Şuranın sədri, millət vəkili Azay Quliyev, Assosiasiyanın İcraçı direktoru Elmar Mirsalayev və qurumların səlahiyyətli nümayəndələri iştirak ediblər. Zoom-konfransda Assosiasiya haqqında məlumat verən E.Mirsalayev sığorta xidmətlərinin mövcud şəraitdə yüksək əhəmiyyətini xüsusi olaraq vurğulayıb. Şuranın sədri A.Quliyev qurumun fəaliyyətindən, dövlətin qeyri-hökümət təşkilatlarının inkişafı və layihələrin icrası üçün tətbiq etdiyi dəstək mexanizmi haqqında danışıb. Tərəflər real zaman şərtləri çərçivəsində yerli sığorta bazarında həllini gözləyən məsələlərə və bu istiqamətdə həyata keçirilməsi zəruri olan tədbir və layihələrə də toxunub. Görüşün sonunda qurumlar arasında əməkdaşlıq əlaqələrinin qurulması ilə bağlı razılığa gəlinib.

08-02-2021

ASA daşınmaz əmlak sığortası üzrə müqavilə sayını açıqladı

Azərbaycan Sığortaçılar Assosiasiyası “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə yerli sığorta şirkətləri tərəfindən bağlanan müqavilələrin sayını açıqlayıb. ASA-dan verilən məlumata görə, “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə 2020-ci ilin 10 ayı ərzində bazarda xüsusi aktivliyi ilə seçilən təkcə 5 şirkət tərəfindən vətəndaş və sahibkarlarla 149 min 478 ədəd müqavilə bağlanıb. Bununla da 2019-cu ilin analoji dövri ilə müqayisədə qeyd olunan növ üzrə müqavilə sayında 3 dəfəyə yaxın artım qeydə alınıb. Məlumat üçün bildirək ki, 2019-cu ilin 10 ayı ərzində yenə sadəcə 5 şirkət tərəfindən 53 min ədəd müqavilə bağlanmışdı. Qeyd edək ki, müvafiq artımda fiziki şəxslərin ümumi payı çoxluq təşkil edir. Daha bir statistikaya görə isə, 2020-ci ilin ən son açıqlanan 11 aylıq icmal göstəricilərinə görə, “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə yerli sığorta şirkətləri 38.6 milyon manat yığım təmin edib. Bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 6.5 milyon manat çoxdur. Eyni zamanda 2020-ci ilin yanvar-noyabr aylarında vətəndaş və sahibkarlara “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə baş vermiş hadisələrə görə 3.7 milyon manat ödəniş edilib.

14-01-2021