18.2.2021
Azərbaycan Sığortaçılar Assosiasiyası 2020-ci ilin yekunlarına həsr etdiyi “İllik icmal” bülletenini sığorta iştirakçılarına təqdim edib.
ASA-dan verilən məlumata görə, bülletende Assosiasiyanın ötən il ərzində müxtəlif istiqamətlərdə əldə etdiyi uğurlar, həyata keçirdiyi yeni layihələr haqqında məlumatlar, eyni zamanda yerli sığorta bazarı iştirakçılarının və sığorta növlərinin renkinqi yer alıb.
Belə ki, sayca 4-cü buraxılışı olan bülletendə icbari və könüllü, eyni zamanda həyat və qeyri-həyat sığorta növlərinin bazar payı və dinamikası ayrı-ayrılıqda təhlil olunub.
Azərbaycan Sığortaçılar Assosiasiyasından bildirilir ki, hər ay yayımlanan bu bülletenin yaxın vaxtlarda çap versiyası da nəzərdə tutulur.
Müşfiqabad qəsəbəsində növbəti ağacəkmə aksiyası keçirilmişdir. Bu aksiya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan...
Mərkəzi Bankda Azərbaycan Sığortaçılar Assosiasiyasının və ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin rəhbər şəxslərinin iştirakı ilə sığorta sektorunda rəqəmsal transformasiya...