RU EN

ASA pulların yuyulmasına qarşı mübarizə mövzusunda təlim təşkil edib

20.8.2021

Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə ASA Tədris Mərkəzində sığorta şirkətlərinin əməkdaşları üçün daha bir əhəmiyyətli təlim təşkil olunub.
Bu dəfəki təlim cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə mövzusuna həsr edilib.
Ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin əməkdaşlarının iştirak etdiyi təlimdə pulların yuyulmasının mahiyyəti, xüsusiyyətləri, təzahür formaları, mexanizmi, alətləri, tipik sxemləri, eyni zamanda bütün bu məqamların terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqəsi yönündə istiqamətlərə toxunulub.
Təlimdə Azərbaycan Mərkəzi Bankının və ASA-ya üzv olan mütəxəssislərin çıxışları dinlənilib.

Son xəbərlər

Azərbaycan Sığortaçılar Assosiasiyası GFIA-in illik konfransında iştirak edib

Belçikanın paytaxtı Brüssel şəhərində Qlobal Sığorta Assosiasiyaları Federasiyasının (GFIA) illik konfransı keçirilib. Azərbaycan Sığortaçılar Assosiasiyasının da iştirak etdiyi konfrans...

5.6.2025

ASA Maliyyə və İnvestisiya Forumunda iştirak etdi

Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının təşkilatçılığı ilə Maliyyə və İnvestisiya Forumu keçirilib. Azərbaycan Sığortaçılar Assosiasiyasının da dəvətli olduğu və...

26.5.2025