RU EN

ASA Tədris Mərkəzində "Siğorta şirkətlərində Risklərin idarə edilməsi sistemi" mövzusunda təlim keçirilib

3.3.2022

ASA Tədris Mərkəzi  “Siğorta şirkətlərində Risklərin idarə edilməsi sistemi” mövzusunda təlim təşkil edib. Müxtəlif sığorta şirkətlərindən 7 nümayəndə təlimdə iştirak edib.

Təlimin əsas məqsədi sığorta şirkətlərində risklərin idarə edilməsi sisteminin qurulması üzrə praktiki bilik və bacarıqların formalaşdırılması olub.

Təlimçi Elman Sadıqov iştirakçılara 4 gün ərzində nəzəri və praktiki materiallardan istifadə edərək təlim keçmişdir.

Təlimin sonuncu günü iştirakçılara təlimlə bağlı Fəxri Fərmanlar təqdim edildi.

Təlimdə iştiraka görə sığorta şirkətlərinin rəhbərliklərinə və əməkdaşlarına öz təşəkkürümüzü bildiririk. 

Son xəbərlər

Azərbaycan Sığortaçılar Assosiasiyası GFIA-in illik konfransında iştirak edib

Belçikanın paytaxtı Brüssel şəhərində Qlobal Sığorta Assosiasiyaları Federasiyasının (GFIA) illik konfransı keçirilib. Azərbaycan Sığortaçılar Assosiasiyasının da iştirak etdiyi konfrans...

5.6.2025

ASA Maliyyə və İnvestisiya Forumunda iştirak etdi

Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının təşkilatçılığı ilə Maliyyə və İnvestisiya Forumu keçirilib. Azərbaycan Sığortaçılar Assosiasiyasının da dəvətli olduğu və...

26.5.2025