8.7.2022
Azərbaycan Sığortaçılar Assosiasiyası ilə "Caspian Energy Club"ın təşkilatçılığı ilə sığorta sektoru iştirakçıları səhər yeməyi ziyafətində bir araya gəliblər. Ziyafətdə Azərbaycan Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev, Azərbaycan Sığortaçılar Assosiasiyasının, İcbari Sığorta Bürosunun və "Caspian Energy Club"ın rəhbərliyi, habelə ölkəmizdə fəaliyyət göstərən sığorta şirkətlərinin sədrləri iştirak ediblər. Qeyri-rəsmi görüşdə sığorta sektoru iştirakçılarını maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.
Görüşün başlıca məqsədi sığorta bazarı iştirakçıları ilə requlyator arasında işgüzar münasibətlərin dərinləşdirilməsi və səmərəli kommunikasiyanın təmin edilməsi olub.
#həyatsığortailərahat
Belçikanın paytaxtı Brüssel şəhərində Qlobal Sığorta Assosiasiyaları Federasiyasının (GFIA) illik konfransı keçirilib. Azərbaycan Sığortaçılar Assosiasiyasının da iştirak etdiyi konfrans...
Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının təşkilatçılığı ilə Maliyyə və İnvestisiya Forumu keçirilib. Azərbaycan Sığortaçılar Assosiasiyasının da dəvətli olduğu və...