RU EN

Azərbaycanda ilk Sığorta Festivalına Bakıda start verildi

27-08-2023

Azərbaycanda ilk Sığorta Festivalına Bakıda start verildi
Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı çərçivəsində Azərbaycanda ilk dəfə keçirilən “Sığorta Festivalı”na start verilib.
Belə ki, Bakının Dənizkənarı Milli Park ərazisində festivalın ilk günü baş tutub. “Həyat sığorta ilə rahat” devizi ilə keçirilən tədbir ərzində müxtəlif hədiyyəli oyunlar, intellektual yarışlar və sürprizli şoular təşkil olunub. Həmçinin festival zamanı “Sığorta maarifləndirməsi” layihəsinin tərkib hissəsi olaraq əhaliyə sığorta məhsulları ilə bağlı maarifləndirici məlumatlar verilib. Festivalda sığorta şirkətləri iştirak ediblər və festival zamanı iştirakçılara yerində sığortalanmaq, sığorta şirkətlərinin xidmətləri barədə ətraflı məlumat almaq imkanı yaradılıb.
Festivalın növbəti tədbiri 27 avqust tarixdə saat 18:00-dan 21:00-dək Sumqayıt Bulvarında baş tutacaq.
Qeyd edək ki, Festival Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli 354s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın maarifləndirmə və təbliğat-təşviqat tədbirinin icrası məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosasiyası və İcbari Sığorta Bürosunun birlikdə həyata keçirdiyi genişmiqyası maarifləndirmə layihəsinin tərkib hissəsidir. Layihənin məqsədi geniş əhali qruplarının və biznes nümayəndələrinin sığorta sahəsində bilik və təsəvvürlərinin artırılması, onların sığorta xidmətlərinə cəlbinin təşviq edilməsindən ibarətdir.
#həyatsığortailərahat

Son xəbərlər

"Türkiyə-Azərbaycan Ticarət Heyətinin İşgüzar Görüşü"nə həsr olunmuş tədbir

Bu gün Bakıda Türkiyənin Ticarət Nazirliyi və Türkiyə İxracatçılar Məclisinin birgə təşkilatçılığı ilə..

02-04-2024

Aqrobiznesin İnkişafı Forumu

Bu gün Qubada Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin təşkilatçılığı ilə..

29-03-2024