RU EN

Azərbaycanda sığorta maarifləndirməsi ilə bağlı kommunikasiya strategiyası müəyyənləşir

08-07-2021

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə ölkədə sığorta maarifləndirilməsi və təbliğatı ilə əlaqədar olaraq sığortaçılar arasında kommunikasiya strategiyasının müəyyənləşdirilməsi ilə bağlı tədbir keçirilib.

ASA-dan verilən məlumata görə, tədbir, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair Memorandum” çərçivəsində layihələrin təşkil olunması ilə bağlı kommunikasiya strategiyasının müəyyənləşdirilməsi məqsədi ilə təşkil olunub.

Məlumatda bildirilir ki, tədbirdə Azərbaycan Respublikasının Mərkəzi Bankının, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun rəhbərlikləri, eyni zamanda yerli sığorta bazarında fəaliyyət göstərən 20 sığorta və 1 təkrarsığorta şirkətinin sədrləri iştirak ediblər.

ASA-nın İcraçı direktoru Elmar Mirsalayev tədbirlə bağlı mediaya açıqlamasında bildirib ki, müvafiq Memorandumla bağlı işlərə artıq başlanılıb:

“Əhalinin sığorta məlumatlılığının müəyyənləşdirilməsi ilə bağlı layihə çərçivəsində sistemli sorğular keçirildi və boşluqlar müəyyənləşdirildi. Bugünkü tədbirdə aparılacaq müzakirə nəticəsində növbəti mərhələdə sığorta ilə bağlı kütləvi tədbir və layihələrə intensiv şəkildə start veriləcək”.

Son xəbərlər

"Türkiyə-Azərbaycan Ticarət Heyətinin İşgüzar Görüşü"nə həsr olunmuş tədbir

Bu gün Bakıda Türkiyənin Ticarət Nazirliyi və Türkiyə İxracatçılar Məclisinin birgə təşkilatçılığı ilə..

02-04-2024

Aqrobiznesin İnkişafı Forumu

Bu gün Qubada Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin təşkilatçılığı ilə..

29-03-2024