6.6.2023
Türkiyə Sığorta Birliyi və Boston Consulting Group-un birgə təşkilatçılığı ilə "Təbii fəlakətlərdən sonra sığorta sektorunun rolu" mövzusunda beynəlxalq vebinar keçirilib.
Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbərliyindən ibarət nümayəndə heyəti, habelə ölkəmizdə fəaliyyət göstərən bir sıra sığorta şirkətlərinin rəhbərlikləri və əməkdaşları adıçəkilən vebinarda iştirak ediblər. Dünyanın 10-dan çox ölkəsindən ümumilikdə 200-ə yaxın sığortaçının iştirak etdiyi vebinarda "Zəlzələdən sonra sığorta sektorunun rolu" və "Təbii fəlakət sığortalarında innovasiya" başlıqlı mövzularda çıxışlar dinlənilib.
Belçikanın paytaxtı Brüssel şəhərində Qlobal Sığorta Assosiasiyaları Federasiyasının (GFIA) illik konfransı keçirilib. Azərbaycan Sığortaçılar Assosiasiyasının da iştirak etdiyi konfrans...
Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının təşkilatçılığı ilə Maliyyə və İnvestisiya Forumu keçirilib. Azərbaycan Sığortaçılar Assosiasiyasının da dəvətli olduğu və...