21.10.2024
BMT-nin “29 İqlim müzakirələri: COP29-a gedən yol” təşəbbüsü çərçivəsində Azərbaycan Mərkəzi Bankı, BMT-nin Azərbaycandakı nümayəndəliyi və maliyyə assosiasiyalarının (ASA, ABA, AMFA, AFBİA və “AzFina”) təşkilatçılığı ilə Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forumu keçirilib.
Forumda Mərkəzi Bankın sədri Taleh Kazımov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov və BMT-nin rezident əlaqələndiricisi Nasar Hayat çıxış edərək tədbirin əhəmiyyətinə toxunub, ekoloji tədbirlər çərçivəsində görülən işlərdən danışıblar.
Daha sonra Forumun ilk panelində maliyyə assosiasiyalarının rəhbərləri çıxış ediblər. Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı Direktoru Elmar Mirsalayev öz çıxışında yerli sığorta bazarında müşahidə olunan böyümə dinamikasından və sektorun ekoloji tədbirlər çərçivəsində gördüyü işlərdən danışıb.
Forum panel müzakirələrlə davam edib.
Müşfiqabad qəsəbəsində növbəti ağacəkmə aksiyası keçirilmişdir. Bu aksiya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan...
Mərkəzi Bankda Azərbaycan Sığortaçılar Assosiasiyasının və ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin rəhbər şəxslərinin iştirakı ilə sığorta sektorunda rəqəmsal transformasiya...