RU EN

İlk Sığorta Festivalı çərçivəsində növbəti tədbir Şəkidə baş tutub

1.9.2023

İlk Sığorta Festivalı çərçivəsində növbəti tədbir Şəkidə baş tutub
“Sığorta Festivalı” bu dəfə Şəki şəhəri sakinlərinin görüşünə gəlib.
“Həyat sığorta ilə rahat” devizi ilə keçirilən festival İsmayıllıdan sonra 31 avqust tarixdə Şəki şəhərində yerləşən Bəxtiyar Vahabzadə parkında baş tutub. Tədbir ərzində müxtəlif hədiyyəli oyunlar, intellektual yarışlar və sürprizli şoular təşkil olunub. Həmçinin festival zamanı “Sığorta maarifləndirməsi” layihəsinın tərkib hissəsi olaraq əhaliyə sığorta məhsulları ilə bağlı maarifləndirici məlumatlar verilib. Festivalda sığorta şirkətləri iştirak ediblər və tədbirin gedişində iştirakçılara yerində sığortalanmaq, sığorta şirkətlərinin xidmətləri barədə ətraflı məlumat almaq imkanı verlib.
Qeyd edək ki, Festival Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli 354s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın maarifləndirmə və təbliğat-təşviqat tədbirinin icrası məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosasiyası və İcbari Sığorta Bürosunun birlikdə həyata keçirdiyi genişmiqyası maarifləndirmə layihəsinin tərkib hissəsidir. Layihənin məqsədi geniş əhali qruplarının və biznes nümayəndələrinin sığorta sahəsində bilik və təsəvvürlərinin artırılması, onların sığorta xidmətlərinə cəlbinin təşviq edilməsindən ibarətdir.

Son xəbərlər

Azərbaycan Sığortaçılar Assosiasiyası GFIA-in illik konfransında iştirak edib

Belçikanın paytaxtı Brüssel şəhərində Qlobal Sığorta Assosiasiyaları Federasiyasının (GFIA) illik konfransı keçirilib. Azərbaycan Sığortaçılar Assosiasiyasının da iştirak etdiyi konfrans...

5.6.2025

ASA Maliyyə və İnvestisiya Forumunda iştirak etdi

Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının təşkilatçılığı ilə Maliyyə və İnvestisiya Forumu keçirilib. Azərbaycan Sığortaçılar Assosiasiyasının da dəvətli olduğu və...

26.5.2025