RU EN

Mediatorlar üçün sığorta təlimi keçirilib

6.6.2023

Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və Mediasiya Şurasının birgə təşkilatçılığı ilə mediatorlar üçün sığorta təlimi keçirilib.

Adı çəkilən qurumların rəsmilərinin də iştirak etdiyi və 2 saylı mediasiya təşkilatında baş tutan "Sığorta sahəsinin əsasları" mövzusuna həsr olunmuş təlimdə ASA-nın ekspert qrupunun üzvü, təlimçi Araz Əlaslanlı mediatorlara sığorta prosesləri haqqında geniş məlumat verib və yaranan sualları cavablandırıb.

Bildirilib ki, bu kimi təlimlər növbəti mərhələdə də silsilə şəkildə təşkil ediləcək.

Son xəbərlər

Azərbaycan Sığortaçılar Assosiasiyası GFIA-in illik konfransında iştirak edib

Belçikanın paytaxtı Brüssel şəhərində Qlobal Sığorta Assosiasiyaları Federasiyasının (GFIA) illik konfransı keçirilib. Azərbaycan Sığortaçılar Assosiasiyasının da iştirak etdiyi konfrans...

5.6.2025

ASA Maliyyə və İnvestisiya Forumunda iştirak etdi

Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının təşkilatçılığı ilə Maliyyə və İnvestisiya Forumu keçirilib. Azərbaycan Sığortaçılar Assosiasiyasının da dəvətli olduğu və...

26.5.2025