23.2.2024
Azərbaycan Sığortaçılar Assosiasiyası, İcbari Sığorta Bürosu və bir qrup sığorta şirkətinin təmsilçilərindən ibarət nümayəndə heyəti Almaniyanın Münhen şəhərində işgüzar səfərdə olub. Heyət səfər çərçivəsində dəvətli olduğu "XIII Sığorta Hadisələrinin Tənzimlənməsi İllik Sammiti"ndə iştirak edib. Sammitdə bu il sığorta hadisələrinin tənzimlənməsində kənar şirkətlərin (autsorsinq) rolu, süni intellekt və elektronlaşma, habelə açıq sığortaçılıq, iqlim dəyişikliklərinin sığorta sektoruna təsirləri və s. kimi aktual istiqamətlər başlıca müzakirə mövzusu olub. Dünyanın 20-dən çox ölkəsindən sığortaçıların iştirak etdiyi Sammit maliyyə bazarı iştirakçıları üçün bilik mübadiləsi institutu olan "Uniglobal" tərəfindən təşkil olunub.
Belçikanın paytaxtı Brüssel şəhərində Qlobal Sığorta Assosiasiyaları Federasiyasının (GFIA) illik konfransı keçirilib. Azərbaycan Sığortaçılar Assosiasiyasının da iştirak etdiyi konfrans...
Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının təşkilatçılığı ilə Maliyyə və İnvestisiya Forumu keçirilib. Azərbaycan Sığortaçılar Assosiasiyasının da dəvətli olduğu və...