RU EN

“Sığortaçılarda korporativ idarəetmə standartları” mövzusunda seminar

7.3.2024

Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və ASA Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə sığorta şirkətlərinin rəhbərləri üçün “Sığortaçılarda korporativ idarəetmə standartları” mövzusunda seminar keçirilib.
ASA-dan verilən məlumata görə, seminar Azərbaycan Mərkəzi Bankının Baş direktoru Ziya Əliyevin moderatorluğu ilə baş tutub. Seminarda korporativ idarəetmə standartlarının mahiyyəti və onun sektorun maliyyə sabitliyinin gücləndirilməsi və inkişafı baxımından vacibliyi müzakirə edilib. Sığorta şirkətlərində direktorlar şurasının rolu, vəzifələri, sığortaçılarda risklərin idarə olunması sistemi, risk idarəetməsi üzrə müdafiə xətləri, habelə onu təşkil edən strukturların funksiyaları, müvafiq idarəetmə prosesləri və digər bu kimi aktual məsələlər də seminarın başlıca müzakirə mövzusu olub.
Aparılan müzakirələr çərçivəsində sığorta şirkətləri də bir-biri ilə öz təcrübələrini bölüşüblər.
 

Son xəbərlər

Azərbaycan Sığortaçılar Assosiasiyası GFIA-in illik konfransında iştirak edib

Belçikanın paytaxtı Brüssel şəhərində Qlobal Sığorta Assosiasiyaları Federasiyasının (GFIA) illik konfransı keçirilib. Azərbaycan Sığortaçılar Assosiasiyasının da iştirak etdiyi konfrans...

5.6.2025

ASA Maliyyə və İnvestisiya Forumunda iştirak etdi

Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının təşkilatçılığı ilə Maliyyə və İnvestisiya Forumu keçirilib. Azərbaycan Sığortaçılar Assosiasiyasının da dəvətli olduğu və...

26.5.2025