RU EN

Sığorta hadisələrinin qarşısıalınma tədbirləri ilə bağlı sosial video-çarx hazırlanmışdır

12.11.2021

Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanmış Memoranduma əsasən həyata keçirilən sığorta maarifləndirməsi layihəsi çərçivəsində yerli sığorta şirkətlərinin iştirakı ilə sığorta hadisələrinin qarşısıalınma tədbirləri istiqamətində video-çarx hazırlanmışdır.

Adı çəkilən üç qurum arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair” Memoranduma əsasən ümumrespublika səviyyəsində geniş maarifləndirmə işlərinə başlanılmışdır. 3 ili əhatə edəcək bu sığorta maarifləndirməsi layihəsinin ilk mərhələsində əhalidə və biznes subyektlərində risk fərqindəliyinin formalaşdırılması nəzərdə tutulmuşdur.

Layihə çərçivəsində yerli sığorta mütəxəssislərinin əhaliyə risk və sığorta anlayışları ilə bağlı geniş açıqlamaları təqdim olunur, eyni zamanda müxtəlif vasitələrlə hadisələrin qarşısının alınması ilə bağlı sosial çağırışlar ünvanlanır.

Hadisələrin qarşısının alınması ilə bağlı hazırlanmış sosial video-çarx vasitəsilə vətəndaşlara ətrafımızın daim risklərlə əhatələndiyi və bu risklərdən qorunmaq üçün vaxtında qarşısıalınma istiqamətində addımlar atmağımız aşılanır və tövsiyə olunur.

Sosial video-çarxı izləyə bilərsiniz

Son xəbərlər

Maliyyə Assosiasiyalarının növbəti ağacəkmə aksiyası keçirilmişdir

Müşfiqabad qəsəbəsində növbəti ağacəkmə aksiyası keçirilmişdir. Bu aksiya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan...

25.4.2025

Mərkəzi Bankda sığortaçılarla görüş keçirildi

Mərkəzi Bankda Azərbaycan Sığortaçılar Assosiasiyasının və ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin rəhbər şəxslərinin iştirakı ilə sığorta sektorunda rəqəmsal transformasiya...

21.4.2025