RU EN

Sığorta maarifləndirilməsi tədbirləri davam etdirilir

8.6.2022

Sığorta maarifləndirilməsi tədbirləri davam etdirilir
Azərbaycan Respublikasının Mərkəzi Bankı, TSEV - Türk Sigorta Enstitüsü Vakfı və Azərbaycan Sığortaçılar Assosiasiyası arasında müvafiq əməkdaşlıq çərçivəsində təşkil edilən aktuar kurslarının birinci mərhələsi və anderayterlər üçün təşkil edilmiş tədris proqramı başa çatmışdır.
Bu münasibətlə təşkil edilmiş tədbirdə Mərkəzi Bankın Baş direktoru Ziya Əliyev və Azərbaycan Sığortaçılar Assosasiyasının İcraçı direktoru Elmar Mirsalayev çıxış edərək aktuariləri və anderayterləri təbrik etmiş, həmçinin ölkəmizdə sığorta sektorunun inkişafı üçün görülən işlərdən bəhs etmişlər.
Proqramı uğurla bitirmiş aktuarilərə və anderayterlərə müvafiq şəhadətnamələr və sertifikatlar təqdim edilmişdir.
Təqdimat zamanı iştirakçıların sualları cavablandırılmışdır.
Qeyd edək ki, Mərkəzi Bank, TSEV və ASA-nın müvafiq əməkdaşlıq çərçivəsində sığorta sahəsində peşəkar kadrların inkişafı yaxın gələcəkdə də daha geniş və intensiv ölçüdə davam etdiriləcəkdir.

Son xəbərlər

Azərbaycan Sığortaçılar Assosiasiyası GFIA-in illik konfransında iştirak edib

Belçikanın paytaxtı Brüssel şəhərində Qlobal Sığorta Assosiasiyaları Federasiyasının (GFIA) illik konfransı keçirilib. Azərbaycan Sığortaçılar Assosiasiyasının da iştirak etdiyi konfrans...

5.6.2025

ASA Maliyyə və İnvestisiya Forumunda iştirak etdi

Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının təşkilatçılığı ilə Maliyyə və İnvestisiya Forumu keçirilib. Azərbaycan Sığortaçılar Assosiasiyasının da dəvətli olduğu və...

26.5.2025