5.8.2021
Azərbaycan Sığortaçılar Assosiasiyasında İT (informasiya texnologiyaları) komitəsinin yaradılması ilə bağlı qərar verilib.
Yeni komitənin yaradılması ilə bağlı müvafiq qərar Assosiasiyanın Müşahidə Şurasının cari ilin 2-ci rübünün yekunlarına həsr olunmuş iclasında müzakirə olunaraq qəbul edilib.
Yeni komitənin yaradılmasında başlıca məqsəd yerli sığorta bazarında fəaliyyət göstərən şirkətlərin informasiya texnologiyaları sahəsindəki ümumi problemlərinin daha çevik və sistemli şəkildə həll edilməsindən, eyni zamanda şirkətlərdəki İT istiqamətinin inkişafının stimullaşdırılmasından ibarətdir. Komitənin üzv heyətinin formalaşdırılması məqsədi ilə sığorta şirkətlərinə artıq müraciət də ünvanlanıb.
Qeyd edək ki, bununla da Azərbaycan Sığortaçılar Assosiasiyasındakı komitələrin sayı 4-ə çatıb.
Müşfiqabad qəsəbəsində növbəti ağacəkmə aksiyası keçirilmişdir. Bu aksiya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan...
Mərkəzi Bankda Azərbaycan Sığortaçılar Assosiasiyasının və ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin rəhbər şəxslərinin iştirakı ilə sığorta sektorunda rəqəmsal transformasiya...