RU EN

Haqqımızda

"Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyi ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərin hüquqi bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatıdır. Fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir.

Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, “Qeyri-hökumət təşkilatları (ictimai birlik və fondlar) haqqında” Azərbaycan respublikasının Qanunu, digər normativ-hüquqi aktlar və Nizamnaməsi əsasında həyata keçirir.

Birlik 29 dekabr 2006-cı il tarixində Azərbaycan respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Qeydiyyat nömrəsi 1106-Q15-2291. Birliyin müstəqil binası, üzərində adı yazılmış möhürü, ştampı, Azərbaycan respublikasının banklarında hesablaşma hesabı və digər rekvizitləri vardır.

Birliyin əsas məqsədi: Azərbaycan Respublikasında fəaliyyət göstərən və birliyin üzvləri olan sığorta və təkrarsığorta şirkətlərinin inkişaf etməsinə köməklik göstərmək, onların sosial- iqtisadi, məlumat və digər inkişaf proqramlarını inkişaf etdirmək və bu sahədə elmi bilgiləri artırmaqdan ibarətdir. Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən 16 sığorta şirkəti, 1 təkrarsığorta şirkəti "Azərbaycan Sığortaçılar Assosiasiyası" İB-nin üzvüdür.

 
Missiyamız

Missiyamız

ASA-nın missiyası sığorta sektorunun inkişafını və dayanıqlığını təmin etmək üçün intellektual liderlik göstərmək, sığortaçılar arasında münasibətlərdə tənzimləyici standartlar yaratmaq, maliyyə savadlılığını artırmaq və sektor üzrə kadr potensialının inkişafını dəstəkləməkdir.
• İntellektual liderlik: sığorta sektoruna aid qanunvericiliyin təkmilləşdirilməsində və yeni layihələrin hazırlanması prosesində aktiv rol almaq; Sektorun ehtiyaclarına uyğun, innovativ və effektiv tənzimləmələr təklif etmək.
• Tənzimləyici funksiya: Sektorda sığortaçılar arasında etik və peşə standartlarının qorunması məqsədilə vahid “Davranış Kodeksi” (Code of Conduct) yaratmaq və bu qaydaların tətbiqini təmin etmək; Üzvlər arasında haqsız rəqabətin qarşısını almaq üçün bütün zəruri tədbirləri görmək.
• Təmsilçilik: Sığorta sektorunun maraqlarını qorumaq və inkişaf etdirmək məqsədilə yerli və beynəlxalq səviyyədə təmsilçilik fəaliyyəti həyata keçirmək; Müvafiq yerli və xarici təşkilatlarla üzv olmaq və nümayəndələr göndərmək üçün lazımi təşəbbüslər irəli sürmək.
• Maliyyə savadlılığı: Cəmiyyətdə sığorta məlumatlılığını artırmaq, sığorta mexanizminin mahiyyətini geniş kütlələrə çatdırmaq və maliyyə savadlılığını təşviq etmək; Seminarlar və konfranslar təşkil etmək, kitablar, jurnallar və broşürlər nəşr etmək.
• Kadr hazırlığı: Sektordakı işçi qüvvəsinin səriştələrini artırmaq və sektorun ehtiyac duyduğu ixtisaslı kadrların yetişdirilməsinə kömək etmək; Sektor üçün peşə standartları müəyyən edərək davamlı təhsil və inkişaf proqramları təşkil etmək; İşçi qüvvəsinin qlobal standartlara uyğun rəqabətədavamlı olmasını təmin etmək; Peşənin inkişafını təmin etmək üçün tədbirlər görmək, habelə bu məqsədlə elmi tədqiqatlara dəstək vermək.

Vizyonumuz

Vizyonumuz

ASA-nın vizyonu sığorta sektorunda innovativliyi və keyfiyyəti təşviq edən, etik və peşə standartlarını ən yüksək səviyyəyə qaldıran, cəmiyyətə və bazar iştirakçılarına dəyər qatan lider bir platforma olmaqdır. Məqsəd sığorta sektorunda dayanıqlı inkişafı dəstəkləyərək həm yerli, həm də beynəlxalq səviyyədə etibarlı və təsir gücünə malik bir təmsilçi olaraq mövqe tutmaqdır.