12-11-2026
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində açıq məkandakı reklamlarda dövlət dilinin qorunması və bu istiqamətdə maarifləndirmə işlərinin genişləndirilməsi məqsədilə sahibkar assosiasiyalarının nümayəndələri ilə görüş keçirilib.
ADRA-nın İdarə Heyəti sədrinin müavini Lalə Abdullayevanın sədrliyi ilə keçirilən görüşdə Azərbaycan Sığortaçılar Assosiasiyası da daxil olmaqla ümumilikdə 20-dən çox assosiasiyanın rəhbərlikləri və nümayəndələri iştirak ediblər.
Görüşdə açıq məkandakı reklamlarda Azərbaycan dilinin tətbiqi ilə bağlı qanunvericiliyin tələbləri, Agentliyin bu istiqamətdə həyata keçirdiyi nəzarət və maarifləndirmə tədbirləri barədə məlumat verilib. Qeyd olunub ki, dövlət dilinin qorunması yalnız qanunvericiliyin tələblərinə riayət olunması deyil, həm də milli-mənəvi dəyərlərin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır.
Abas Miskərli: Sığorta maarifləndirməsində yeni mərhələ sektorumuza yeni uğurlar qazandıracaq Maliyyə sektorunun mühüm..
Sığorta sektoru müştərilərlə birbaşa əlaqənin qurulduğu və etimadın önəmli rol oynadığı sahələrdən biridir. Bu..