RU EN

ASA və ASA-ya üzv sığorta şirkətləri Müşfiqabad qəsəbəsində təşkil olunan ağacəkmə aksiyasına iştirak ediblər.

24-04-2026

Aksiya, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu" çərçivəsində keçirilib.
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Mərkəzi Bankı, habelə, ASA ilə yanaşı digər maliyyə bazarı assosiasiyalarının da birgə təşəbbüsü ilə həyata keçirilən aksiya ölkə miqyasında ekoloji tarazlığın bərpasına və yaşıllıq sahələrinin genişləndirilməsinə yönəlib.
Qeyd edək ki, Memorandumun strateji məqsədi 10 il ərzində (2023-2033-cü illər) ölkə ərazisində ümumilikdə 1 000 000 ağac əkməkdir. Bu ilin aksiyası çərçivəsində iştirakçılar tərəfindən 1 hektar sahədə 625 ədəd Eldar şamı və zeytun ağacı əkilərək həmin hədəfə doğru mühüm bir addım atılıb.

Son xəbərlər

“İnsanlar düşünür ki, hadisə baş verən kimi sığorta şirkəti ödəniş etməlidir”

  Sığorta sektoru müştərilərlə birbaşa əlaqənin qurulduğu və etimadın önəmli rol oynadığı sahələrdən biridir. Bu..

01-06-2026

Sığorta sektoru davamlı inkişafı fəal dəstəkləyir

Ölkəmizdə sistemli əsaslarla tətbiq olunan və 2022-2026-ci illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyası, həmçinin..

07-02-2026