RU EN

Türk Dünyası Sığorta Birliyinə yeni sədr və baş katib seçilib

10-10-2026

 
Türk Dünyası Sığorta Birliyinin Türkiyənin Qaziantep şəhərində keçirilən 2-ci Assambleyasında Birliyin sədri postuna səsvermə keçirilib.
ASA-dan verilən məlumata görə, sədrlik postuna Türkiyə Sığorta Assosiasiyasının sabiq sədri Atilla Benlinin namizədliyi irəli sürülüb və A.Benli yekdilliklə Türk Dünyası Sığorta Birliyinin yeni sədri seçilib.
Məlumatda qeyd olunur ki, Assambleyada Türk Dünyası Sığorta Birliyinin Baş katibi postuna isə Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktorunun müşaviri Məmməd Ağayevin namizədliyi irəli sürülüb və təsisçilərin səsverməsində yekdilliklə qəbul edilib.
Tədbirdə həmçinin Türk Dünyası Sığorta Birliyinin 2027-ci ildə 3-cü Assambleyasının Özbəkistanda keçiriləcəyi üzvlər tərəfindən ortaq qərarla qəbul olunub.
Qeyd edək ki, Türk Dünyası Sığorta Birliyi 2022-ci ildə Azərbaycan ilə Türkiyənin sığorta assosiasiyalarının birgə təşəbbüsü və ortaq qərarı ilə təsis edilib və 2025-ci ildə Azərbaycanın Şuşa şəhərində keçirilən 1-ci Assambleyada Birlik Türk Dövlətləri Təşkilatının məqsəd və prinsipləri əsasında yenidən formalaşdırılıb.

Son xəbərlər

“İnsanlar düşünür ki, hadisə baş verən kimi sığorta şirkəti ödəniş etməlidir”

  Sığorta sektoru müştərilərlə birbaşa əlaqənin qurulduğu və etimadın önəmli rol oynadığı sahələrdən biridir. Bu..

01-06-2026

Sığorta sektoru davamlı inkişafı fəal dəstəkləyir

Ölkəmizdə sistemli əsaslarla tətbiq olunan və 2022-2026-ci illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyası, həmçinin..

07-02-2026