RU EN

Azərbaycan Beynəlxalq Sığorta Forumunun ikinci günü maraqlı müzakirələrlə yadda qalıb

25-06-2026

Azərbaycan Respublikasının Mərkəzi Bankının strateji dəstəyi və Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə baş tutan sayca 11-ci “Azərbaycan Beynəlxalq Sığorta Forumu”nun (AIIF-2026) ikinci günü sektoral mövzular üzrə maraqlı müzakirələrlə yadda qalıb.
Forumun ikinci günü yerli və xarici sığorta peşəkarlarının iştirakı ilə "Türk dünyası sığorta bazarı: trendlər, çağırışlar və yeni inkişaf meyilləri", "Dünyada həyat və sağlamlıq sığortası: etimadın, aktuallığın və uzunmüddətli dəyərin təmin olunması", "Sığorta sahəsində peşəkar təhsil" və "Sığorta brokerliyində qlobal trendlər" mövzularına həsr olunmuş panel müzakirələri təşkil edilib.
Ənənəvi olaraq Azərbaycanda keçirilən bu Forumda bu il 20-dən çox ölkədən (Qafqaz regionu, Orta Asiya, Avropa, Türkiyə, Rusiya və MDB ölkələri) peşəkar sığorta, təkrarsığorta və broker şirkətlərinin top-menecerləri, o cümlədən, dövlət rəsmiləri, millət vəkilləri, yerli sığortaçılar və aidiyyəti təşkilatların rəsmiləri iştirak edirlər.
Qeyd edək ki, 400-ə yaxın iştirakçının qatıldığı 11-ci "Azərbaycan Beynəlxalq Sığorta Forumu" 25 iyun tarixində başa çatıb.

Son xəbərlər

“İnsanlar düşünür ki, hadisə baş verən kimi sığorta şirkəti ödəniş etməlidir”

  Sığorta sektoru müştərilərlə birbaşa əlaqənin qurulduğu və etimadın önəmli rol oynadığı sahələrdən biridir. Bu..

01-06-2026

Sığorta sektoru davamlı inkişafı fəal dəstəkləyir

Ölkəmizdə sistemli əsaslarla tətbiq olunan və 2022-2026-ci illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyası, həmçinin..

07-02-2026