RU EN

Həyatın Yaşam Sığortası

Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta olunanın öldüyü, yaxud sığorta müqaviləsində müəyyən edilmiş yaşa, müddətə qədər yaşadığı halda sığorta ödəni şinin həyata keçirilməsini nəzərdə tutur. Yəni, əgər sığorta olunan müqavilədə nəzərdə tutulmuş müddətin sonuna qədər yaşayarsa, o, müqavilədə nəzərdə tutulmuş sığorta məbləğdə (sığorta müqaviləsi üzrə sığortaçının öhdəliyinin ifadə olunduğu son hədd) sığorta ödənişi alacaqdır. Yox, əgər o, bu müddət ərzində ölərsə, sığorta məbləği faydalanan şəxsə (bir qayda olaraq, onun varisinə) ödəniləcəkdir.