Bu sığorta vasitəsilə iribuynuzlu ətlik və südlük mal-qaranı (inək, camış və danaları), eləcə də xırdabuynuzlu heyvanları (qoyun və keçiləri) sığortalamaq mümkündür. Kənd təsərrüfatı heyvanlarının sığortası heyvanları yoluxucu xəstəliklər, zəhərli otlar, yemlər və kimyəvi maddələrin təsirindən zəhərlənmə, ilan və ya həşərat sancması, vəhşi heyvanların hücumu, yanğın, təbii fəlakətlər (zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və dolu), üçüncü şəxslərin hərəkətləri, oğurluq, soyğunçuluq və quldurluq halları nəticəsində dəyən zərərlərdən sığortalayır.