RU EN

Sağalmaz xəstəliklərdən sığorta

Sığorta olunanın səhhətində onun həyatını təhlükə altına qoyan xəstəlik müəyyən edildikdə sığorta ödənişlərinin həyata keçirilməsini nəzərdə tutur.

Sağalmaz xəstəliklərdən sığorta - Xərçəng;

Miokard infarktı;

İnsult;

Terminal böyrək çatışmazlığı;

Tac arteriyaların cərrahi yolla müalicəsi;

Həyati əhəmiyyətə malik orqanların köçürülməsi kimi xəstəlikləri əhatə edir.

Sağalmaz xəstəliklərdən sığorta nə tibbi sığortanı əvəz edir, nə də ki, təkrarlayır. Bu sığorta növü üzrə sığorta hadisəsi baş verdiyi halda, sığortalıya ödənilmiş sığorta məbləğinin məhz hansı xərclər üzrə sərf edilməsi ilə bağlı heç bir hesabat tələb olunmur və sığorta müqaviləsi bağlamaq üçün sağlamlığı təsdiq edən əlavə sənədə ehtiyac yoxdur.