İcraçı Direktor
Abas Miskərli 19 sentyabr 1989-cu ildə Bakı şəhərində anadan olub.
2006-cı ildə 160 saylı orta məktəbi bitirib. 2006-2010-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) “Biznes sahələrinin və istehsalatın idarə edilməsi” ixtisası üzrə bakalavr, 2012-2014-cü illərdə isə Qərb Universitetində “Biznesin təşkili və idarə edilməsi (MBA)” ixtisası üzrə magistr təhsili alıb.
2012-2016-cı illərdə İngiltərənin Beynəlxalq Çarter Sığorta Universitetində “Texniki və nəzarət idarəetməsi” ixtisası üzrə təhsilini davam edərək “Dip.CII” dərəcəsini alıb. 2024-2025-ci illərdə isə Kembric Universitetində maliyyə üzrə magistr təhsili alıb.
Əmək fəaliyyətinə 2007-ci ildə “Azərbaycan Beynəlxalq Sığorta Şirkəti” ASC-də başlamışdır və 2007-2012 illərdə şirkətin Korporativ sığorta şöbəsinin rəhbəri, 2012-2015-ci illərdə “Alfa Sığorta” ASC-də Anderraytinq və təkrarsığorta departamentinin direktoru, 2015-2017-ci illərdə “AZSIĞORTA” ASC-də Korporativ satış departamentinin direktoru, 2018-ci ildə isə “Standard Insurance” ASC-də Anderraytinq və təkrarsığorta departamentinin direktoru vəzifələrində çalışıb. Əmək fəaliyyətinə 2019-cu ildə “A-Qroup Sığorta Şirkəti” ASC-də davam edən A.Miskərli 2019-2021-ci illərdə adıçəkilən şirkətdə İdarə Heyətinin sədr müavini, 2021-2023-cü illərdə isə şirkətin İdarə Heyətinin sədri vəzifələrində çalışıb. 2025-ci ildə “Çin Sənaye və Kommersiya Bankı”nda Avropa İttifaqı bazarına çıxış və ESG (ekoloji, sosial və korporativ idarəetmə) üzrə strateji məsləhətçi vəzifəsində çalışıb. Habelə 2023-cü ildən “BUTA Sığorta və Təkrarsığorta Brokeri” şirkətinin təsisçisi və baş icraçı direktorudur.
20 fevral 2026-cı il tarixdə “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin Təsisçilərin Ümumi Yığıncağının 2025-ci ilin yekunlarına həsr olunmuş iclasında keçirilən səsverməyə əsasən, Miskərli Abas İlqar oğlu Birliyin İcraçı direktoru vəzifəsinə seçilmişdir.