RU EN

Əməkdaşlar

Turanə Axundova

Turanə Axundova

İcracı direktorun müavini

Turanə Axundova 28 mart 1987-ci ildə Gəncə şəhərində anadan olub.

2005-ci ildə Gəncə şəhər 30 nömrəli orta məktəbini bitirib. Daha sonra Xəzər Universitetinin Humanitar və Sosial Elmlər fakültəsində ali təhsil alıb, təhsilini ABŞ-ın Nyu-Hempşir Universitetində tələbə mübadiləsi proqramı çərçivəsində davam etdirib.

Əmək fəaliyyətinə 2010-cu ildən AXA Sığorta ASC-də başlayıb. Burada ilkin olaraq Sığorta Hadisələrinin İdarə Edilməsi üzrə mütəxəssis kimi fəaliyyət göstərib, daha sonra Keyfiyyətə Nəzarət üzrə şöbə rəhbəri və Sığorta Əməliyyatları Departamentinin direktor müavini vəzifələrində çalışıb.

2019–2021-ci illərdə Atəşgah Sığorta ASC-də Sığorta Hadisələrinin İdarə Edilməsi Departamentinin rəhbəri vəzifəsində fəaliyyət göstərib.

2021-ci ildən etibarən fəaliyyətini Azərbaycan Sığortaçılar Assosiasiyasında davam etdirir. Bu müddət ərzində Müxtəlif Sığorta Assosiasiyaları, Qlobal Sığorta Assosiasiyaları Federasiyası (GFIA), Avropa Sığortaçılar Birliyi və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlıq istiqamətlərinin qurulmasında aktiv iştirak edib. Həmçinin Assosiasiyanın beynəlxalq qurumlarla əlaqələrinin genişləndirilməsi və müxtəlif beynəlxalq təşkilatlara üzvlüyünün təmin olunması istiqamətində mühüm fəaliyyət həyata keçirib.

Hazırda Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktorunun müavini vəzifəsində çalışır. Bu vəzifədə assosiasiyanın gündəlik fəaliyyətinin koordinasiyası, strateji təşəbbüslərin həyata keçirilməsi, beynəlxalq əlaqələrin inkişafı və Azərbaycanın sığorta sektorunun inkişafına yönəlmiş layihələrin idarə olunmasını həyata keçirir.

Turanə Axundova sığorta əməliyyatları, qanunvericilik uyğunluğu, keyfiyyətə nəzarət və beynəlxalq əməkdaşlıq sahələrində peşəkar təcrübəyə malikdir və sığorta və idarəetmə sahələri üzrə çoxsaylı yerli və beynəlxalq sertifikatların sahibidir.

Ailəlidir, iki övladı var.