2.11.2026
Azərbaycan Mikromaliyyə Assosiasiyasının təşkilatçılığı ilə və Azərbaycan Sığortaçılar Assosiasiyası da daxil olmaqla digər maliyyə assosiasiyaları ilə əməkdaşlıq çərçivəsində “Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf” 12-ci AMFA Konfransı keçirilib.
ASA-nın İcraçı direktoru Abas Miskərlinin başçılıq etdiyi nümayəndə heyətinin də iştirak etdiyi tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, bank və bank olmayan maliyyə təşkilatları, sığorta şirkətləri, o cümlədən dünyanın müxtəlif ölkələrindən maliyyə mütəxəssisləri də iştirak ediblər.
ASA-nın İcraçı direktoru Abas Miskərli tədbir çərçivəsində təşkil olunmuş “Maliyyəyə çıxış imkanları: investorların və sığorta şirkətlərinin rolu” mövzusuna həsr olunmuş paneldə spiker olaraq çıxış edib.
Tədbirdə Azərbaycan Mikromaliyyə Assosiasiyasının fəaliyyətə başlamasının 25-ci ildönümü münasibətilə ASA və digər maliyyə assosiasiyaları adından AMFA rəhbərliyinə xüsusi plaket təqdim olunub.
Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru cənab Abas Miskərli Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Birol Akgünün...
Azərbaycan Sığortaçılar Assosiasiyası və Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) rəhbərlikləri arasında görüş keçirilib. Görüşdə sığorta savadlılığının artırılması, biznes ictimaiyyətinin...