23.12.2025
Bu gün ölkəmizdə "Türkiyə-Azərbaycan İnvestisiya Forumu" keçirilib.
Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayevin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirak etdiyi bu Forumda Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov, Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz, Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, Türkiyə Respublikasının Ticarət naziri Ömer Bolat, AZPROMO-nun İcraçı direktoru Yusif Abdullayev və TÜİB-in sədri Hüseyn Büyükfırat rəsmi açılış nitqləri ilə çıxış ediblər.
Forum daha sonra Türkiyə və Azərbaycanın dövlət və özəl qurumlarının nümayəndələrinin iştirakı ilə qarşılıqlı investisiya əlaqələrinə həsr olunmuş panel müzakirələrlə davam edib.
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Abas Miskərlinin başçılıq etdiyi nümayəndə heyəti ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin...
Türk Dünyası Sığorta Birliyinin Türkiyənin Qaziantep şəhərində keçirilən 2-ci Assambleyasında Birliyin sədri postuna səsvermə keçirilib. ASA-dan verilən məlumata görə, sədrlik...