3.5.2021
Respondentlərdən əhalinin 42%-i, biznes subyektlərinin isə 57%-i hadisə zamanı sığortanın köməklik edəcəyinə inandığını bildirib.
Bu barədə Azəbaycan Sığortaçılar Assosiasiyası keçirilən sorğu nəticələrinə əsasən məlumat yayıb.
Məlumatda bildirilir ki, əldə olunmuş daha bir sorğu nəticəsinə görə, əhalinin 35%-i, biznes subyektlərinin isə 38%-i sığorta xidmətlərini onlayn şəkildə əldə etməyə üstünlük verir.
Respondentlər arasında sığorta xidmətinin əlçatan olduğuna inananlar da çoxluq təşkil edir. Belə ki, əhalinin 41%-i, biznes subyektlərinin isə 49%-i sığorta xidmətlərinin mövcud və potensial sığortaolunanlara əlçatan olduğunu hesab edir.
Qeyd edək ki, müvafiq nəticələr Azərbaycan Respublikası Mərkəzi Bankı, "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyi və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair Memorandum” çərçivəsində araşdırma və konsaltinq şirkəti tərəfindən 2150 respondent arasında keçirilmiş sorğu əsasında əldə olunub.
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Abas Miskərlinin başçılıq etdiyi nümayəndə heyəti ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin...
Türk Dünyası Sığorta Birliyinin Türkiyənin Qaziantep şəhərində keçirilən 2-ci Assambleyasında Birliyin sədri postuna səsvermə keçirilib. ASA-dan verilən məlumata görə, sədrlik...