RU EN

ASA ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC arasında görüş keçirilib

26.8.2025


Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Elmar Mirsalayevlə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədov arasında görüş keçirilib.
Görüşdə Azərbaycan Dövlət Televiziyası ilə sığorta sektoru arasındakı mövcud münasibətlər və yeni imkanlar müzakirə edilib.
ASA-nın İcraçı direktoru Elmar Mirsalayev görüşdə son illər sığorta sektorunda aparılan islahatlardan və əldə olunan nailiyyətlərdən danışıb, ölkədə həyata keçirilən sığorta maarifləndirməsi layihəsi haqqında məlumat verib.
"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədov da öz növbəsində sığorta sektorunun inkişafı istiqamətində görülən işləri maraqla qarşıladığını bildirib. Sığorta sektorunun media ilə qurduğu əlaqələri uğurlu hesab edərək yüksək qiymətləndirib.
Görüşdə Azərbaycan Respublikasının sosial müdafiə siyasətinin stimullaşdırılaraq inkişaf etdirilməsi məqsədilə rəhbərlik etdiyi dövlət televiziyası və radiosu verilişlərində sığorta təbliğatı işinə yaratdığı münbit şəraitə və verdiyi əvəzsiz töhfələrə görə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədova Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən xüsusi plaket təqdim olundu.

Son xəbərlər

ASA "Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı" ilə bağlı tədbirində iştirak edib

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Abas Miskərlinin başçılıq etdiyi nümayəndə heyəti ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin...

13.10.2026

Türk Dünyası Sığorta Birliyinə yeni sədr və baş katib seçilib

  Türk Dünyası Sığorta Birliyinin Türkiyənin Qaziantep şəhərində keçirilən 2-ci Assambleyasında Birliyin sədri postuna səsvermə keçirilib. ASA-dan verilən məlumata görə, sədrlik...

10.10.2026