RU EN

ASA ilə Mediasiya Şurası əməkdaşlığa başladı

23.9.2022

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə Mediasiya Şurası arasında qarşılıqlı əməkdaşlıq əlaqələri qurulub.
Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Mediasiya Şurasının rəhbər heyətləri arasında görüş keçirilib. Görüşdə Mediasiya Şurası ilə yerli sığorta bazarı iştirakçıları arasında qarşılıqlı əməkdaşlıq istiqamətləri geniş müzakirə olunub.
Tərəflər çıxışlarında sığorta sektorunda yarana biləcək mübahisələrin mediasiya vasitəsilə alternativ həlli imkanlarını yüksək dəyərləndiriblər.
Daha sonra qurumlar arasında Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev və Mediasiya Şurasının İdarə heyətinin sədri Nadir Adilovun iştirakı ilə qarşılıqlı əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Memorandumda qeyd olunur ki, iki qurum ölkədə sığorta və mediasiya xidmətlərinin geniş yayılması məqsədi ilə növbəti mərhələdə birgə layihələr icra edəcək.

Son xəbərlər

ASA "Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı" ilə bağlı tədbirində iştirak edib

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Abas Miskərlinin başçılıq etdiyi nümayəndə heyəti ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin...

13.10.2026

Türk Dünyası Sığorta Birliyinə yeni sədr və baş katib seçilib

  Türk Dünyası Sığorta Birliyinin Türkiyənin Qaziantep şəhərində keçirilən 2-ci Assambleyasında Birliyin sədri postuna səsvermə keçirilib. ASA-dan verilən məlumata görə, sədrlik...

10.10.2026