17.3.2023
Ötən gün Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurasının növbədənkənar iclası keçirilib.
ASA-dan verilən məlumata görə, Assosiasiyanın Müşahidə Şurasına yeni sədrin seçilməsi ilə bağlı mövzu iclasın gündəliyində duran başlıca məsələ olub.
Məlumatda qeyd olunur ki, ASA-nın təsisçiləri tərəfindən Müşahidə Şurasının sədri postuna namizədliyi irəli sürülən “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova səsvermə nəticəsində Şura üzvləri tərəfindən yekdilliklə dəstəklənib.
Qeyd edək ki, “Atəşgah” Sığorta Şirkəti ASC-nin sabiq sədri Azər Əliyevin ASA-nın Müşahidə Şurasındakı sədrlik vəzifəsinin səlahiyyət müddəti 30 dekabr 2022-ci il tarixdə başa çatdığı üçün o, bu postdan ayrılmışdı.
Əlavə edək ki, Azərbaycanda fəaliyyət göstərən 5 həyat, 14 qeyri-həyat, 1 aqrar və 1 təkrarsığorta olmaqla bütün sığorta şirkətləri, o cümlədən 2 sığorta brokeri şirkəti Azərbaycan Sığortaçılar Assosiasiyasının üzvüdür.
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Abas Miskərlinin başçılıq etdiyi nümayəndə heyəti ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin...
Türk Dünyası Sığorta Birliyinin Türkiyənin Qaziantep şəhərində keçirilən 2-ci Assambleyasında Birliyin sədri postuna səsvermə keçirilib. ASA-dan verilən məlumata görə, sədrlik...