RU EN

ASA sığorta agentlərinin problemlərini dinləyib

31.5.2021

“Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin rəhbərliyi ölkədə fəaliyyət göstərən bir qrup sığorta agenti ilə zoom görüş keçirib.

ASA-dan verilən məlumata görə, sığorta agentlərinin təklifi və təşəbbüskarlığı ilə baş tutan görüşdə problemlər dinlənilib və onların həlli yolları geniş müzakirə olunub.

Görüş zamanı daha çox sığorta agentlərinin vergi mükəlləfiyyətləri, sığorta şirkətləri ilə kommunikasiya problemləri, “Qaynar xətt” və “Call center”lərin sığorta agentləri ilə koordinasiyalı fəaliyyətindəki boşluqlar, mövcud qanunvericiliyin təkmilləşdirilməsi və sığorta agentlərinə vahid nəzarət mexanizminin formalaşdırılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbərliyi səsləndirilən bu və digər problemləri rəsmi müraciət şəklində sənədləşdirildikdən sonra aidiyyəti istiqamətlərə yönləndirəcəyini bildirib. İctimai Birlik rəsmiləri görüş zamanı bu kimi tədbirlər növbəti mərhələdə də mütəmadi olaraq və daha geniş tərkibdə təşkil olunacağını qeyd ediblər.

Son xəbərlər

Sığortaçılar arasında keçirilən şahmat turnirinin final mərhələsi baş tutub

Sığortaçılar arasında keçirilən şahmat turnirinin final mərhələsi baş tutubUlu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə sığortaçılar arasında...

19.5.2026

ASA kollektivi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Fəxri Xiyabanda olub

10 May müasir və müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü günüdür. Bununla əlaqədar olaraq...

8.5.2026