27.9.2022
ASA Tədris Mərkəzi və “PAŞA Sığorta” şirkətinin növbəti təlim layihəsi uğurla başa çatdı. Layihə çərçivəsində “PAŞA Sığorta” şirkətinin satış, anderraytinq və tənzimləmə departamentlərinin əməkdaşlarına “Əmlak sığortaları və tənzimləmə prosesi” mövzularında təlimlər təşkil olunub. Təlim çərçivəsində 8 mövzu üzrə 16 saatlıq proqram tədris olunub.
Təlimlərin sonunda iştirakçılara Azərbaycan Sığortaçılar Assosiasiyası və ASA Tədris Mərkəzi adından Fəxri Fərmanlar təqdim edilib.
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Abas Miskərlinin başçılıq etdiyi nümayəndə heyəti ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin...
Türk Dünyası Sığorta Birliyinin Türkiyənin Qaziantep şəhərində keçirilən 2-ci Assambleyasında Birliyin sədri postuna səsvermə keçirilib. ASA-dan verilən məlumata görə, sədrlik...