3.3.2022
ASA Tədris Mərkəzi “Siğorta şirkətlərində Risklərin idarə edilməsi sistemi” mövzusunda təlim təşkil edib. Müxtəlif sığorta şirkətlərindən 7 nümayəndə təlimdə iştirak edib.
Təlimin əsas məqsədi sığorta şirkətlərində risklərin idarə edilməsi sisteminin qurulması üzrə praktiki bilik və bacarıqların formalaşdırılması olub.
Təlimçi Elman Sadıqov iştirakçılara 4 gün ərzində nəzəri və praktiki materiallardan istifadə edərək təlim keçmişdir.
Təlimin sonuncu günü iştirakçılara təlimlə bağlı Fəxri Fərmanlar təqdim edildi.
Təlimdə iştiraka görə sığorta şirkətlərinin rəhbərliklərinə və əməkdaşlarına öz təşəkkürümüzü bildiririk.
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Abas Miskərlinin başçılıq etdiyi nümayəndə heyəti ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin...
Türk Dünyası Sığorta Birliyinin Türkiyənin Qaziantep şəhərində keçirilən 2-ci Assambleyasında Birliyin sədri postuna səsvermə keçirilib. ASA-dan verilən məlumata görə, sədrlik...