RU EN

Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev Azərbaycanın Şuşa şəhərində keçirilən Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş "Şuşa Türk Biznes Forumu"nda iştirak edir.

16.9.2022

Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev Azərbaycanın Şuşa şəhərində keçirilən Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş "Şuşa Türk Biznes Forumu"nda iştirak edir.
Tədbirdə Azərbaycanla yanaşı, Türk Dövlətləri Təşkilatının 4 daimi üzvü (Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan), müşahidəçi üzv Macarıstanın və digər bir sıra ölkələrin dövlət qurumlarının, eləcə də müxtəlif təşkilatların və diplomatik korpusun nümayəndələri, iş adamları iştirak edirlər.
Forumun məqsədi Türk dövlətləri arasında iqtisadi, biznes və investisiya əlaqələrinin daha da dərinləşməsi, sahibkarlar arasında dialoqun təşviqi, Qarabağ regionunun iqtisadi və sərmayə potensialının xarici iş adamlarına təqdim olunmasıdır.
#həyatsığortailərahat
#QarabağAzərbaycandır

Son xəbərlər

ASA "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə iştirak edib

Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbərliyi və ASA-ya üzv sığorta şirkətlərinin rəhbərliklərindən ibarət nümayəndə heyəti bu gün Bakıda keçirilən 10-cu “Beynəlxalq Maliyyə...

10.6.2026

Sığortaçılar arasında keçirilən şahmat turnirinin final mərhələsi baş tutub

Sığortaçılar arasında keçirilən şahmat turnirinin final mərhələsi baş tutubUlu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə sığortaçılar arasında...

19.5.2026