7.3.2025
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Elmar Mirsalayev ilə Macarıstan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Tamas Torma arasında görüş keçirilib.
ASA-nın məlumatında qeyd olunur ki, görüşdə Azərbaycan-Macarıstan ölkələri arasında sığorta sahəsində əməkdaşlıq imkanları və qarşılıqlı əlaqələrin istiqamətləri müzakirə olunub.
Görüşdə o cümlədən "Türk Dünyası Sığorta Birliyi"nin sektorial və beynəlxalq fəaliyyəti, Macarıstan Sığortaçılar Assosiasiyasının müvafiq Birlikdəki müşahidəçi təşkilat olaraq mövqeyi kimi aktual məsələlər geniş müzakirə edilib.
Tərəflər görüşdə Azərbaycanla Macarıstan arasında sığorta sahəsində əməkdaşlığı dəstəklədiklərini bildirib və bu istiqamətdə növbəti mərhələdə zəruri addımların atılması yönündə razılığa gəliblər.
Mərkəzi Bank maliyyə sektorunun kadr potensialının artırılmasını hədəfləyən təşəbbüslərin həyata keçirilməsini davam etdirir. Belə ki, Mərkəzi Bank ilə Böyük...
AmCham-ın Bankçılıq, Maliyyə və Sığorta Komitəsinin sədri Vüqar Namazov tədbiri giriş nitqi ilə açaraq qonaqları salamlayıb. Görüşdə Azərbaycan Respublikası Mərkəzi...