5.6.2025
Belçikanın paytaxtı Brüssel şəhərində Qlobal Sığorta Assosiasiyaları Federasiyasının (GFIA) illik konfransı keçirilib. Azərbaycan Sığortaçılar Assosiasiyasının da iştirak etdiyi konfrans “Dəyişən qlobal mənzərə və onun sığorta sektoruna təsiri” mövzusuna həsr olunub.
Konfransda dünyanın müxtəlif ölkələrindən iştirak edən peşəkat sığortaçılar dəyişən geosiyasi və geoiqtisadi vəziyyətin sığorta sektoruna təsirlərini müzakirə edib.
Qeyd edək ki, Azərbaycan Sığortaçılar Assosiasiyası 2021-ci ildən etibarən Qlobal Sığorta Assosiasiyaları Federasiyasının üzvüdür. GFIA hazırda dünya ölkələrinin sığorta birliklərindən ibarət 42 üzv və 3 müşahidəçi təşkilatı özündə birləşdirir.
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Abas Miskərlinin başçılıq etdiyi nümayəndə heyəti ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin...
Türk Dünyası Sığorta Birliyinin Türkiyənin Qaziantep şəhərində keçirilən 2-ci Assambleyasında Birliyin sədri postuna səsvermə keçirilib. ASA-dan verilən məlumata görə, sədrlik...