28.10.2025
Sığorta texnologiyalarına həsr olunmuş beynəlxalq “Türk Dövlətləri Insurtech Zirvəsi” növbəti dəfə Bakıda keçirildi.
İki gün davam edən tədbir Azərbaycan Respublikasının Mərkəzi Bankının strateji dəstəyi, Türkiyənin Ticarət Nazirliyinin təşkilatçılığı, o cümlədən, Türkiyənin Xidmət İxracatçıları Birliyi, Azərbaycan Sığortaçılar Assosiasiyası və İstanbul mərkəzli "New Generation Management Company" şirkətinin birgə əməkdaşlığı ilə keçirildi
Məlumata görə, tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Şimali Kipr Türk Respublikasının dövlət rəsmiləri, diplomatik korpusun nümayəndələri, adıçəkilən ölkələrin maliyyə requlyatorları və sığorta assosiasiyalarının rəhbərləri, habelə, qabacıl texnologiya şirkətləri iştirak etdilər.
Tədbirdə iştirakçı dövlətlərin sığorta bazarları üzrə təmsilçiləri tərəfindən türk dünyası sığorta sənayesinin sığorta texnologiyalarına dair mövcud vəziyyəti şərh edildi, cari bazar ehtiyacları araşdırıldı, o cümlədən, əməkdaşlığa və birgə inkişafa dair yeni yol xəritələri müzakirə olundu.
Tədbirin keçirilməsində əsas məqsəd, türk dövlətlərinin sığorta bazarlarında rəqəmsal inkişafın davamlılığına və dayanıqlığına nail olmaq məqsədilə birgə əməkdaşlığın stimullaşdırılması və Türkiyənin qabaqcıl texnologiya şirkətləriylə bu prosesə dəstək olmaq idi.
Qeyd edək ki, Azərbaycan, beynəlxalq əhəmiyyətli sığorta texnologiyaları tədbirinə artıq sayca ikinci dəfədir ki, ev sahibliyi edir.
Azərbaycan Respublikasının yüksək seysmik risk zonasında yerləşməsi bu amilin ölkənin sosial-iqtisadi təhlükəsizliyinə təsirinin nəzərə alınmasını zəruri edir. Ölkəmizdə yaşayış...
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Sığortaçılar Assosiasiyası...