21.4.2025
Mərkəzi Bankda Azərbaycan Sığortaçılar Assosiasiyasının və ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin rəhbər şəxslərinin iştirakı ilə sığorta sektorunda rəqəmsal transformasiya və innovasiyaların təşviqi mövzusunda tədbir keçirilib.
İnteraktiv formada keçən tədbir çərçivəsində sığorta sahəsində rəqəmsallaşma prosesləri, texnoloji həllərin tətbiqi, startaplarla əməkdaşlıq imkanları, eləcə də sığorta texnologiyalarının gələcək perspektivləri müzakirə olunub. Mərkəzi Bankın ekspertləri ilə tədbir iştirakçıları arasında texnoloji inkişaf dövründə qarşıya çıxan çağırışlar və imkanlar barədə fikir mübadiləsi aparılıb.
Həmçinin iştirakçıları maraqlandıran suallar da cavablandırılıb.
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Abas Miskərlinin başçılıq etdiyi nümayəndə heyəti ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin...
Türk Dünyası Sığorta Birliyinin Türkiyənin Qaziantep şəhərində keçirilən 2-ci Assambleyasında Birliyin sədri postuna səsvermə keçirilib. ASA-dan verilən məlumata görə, sədrlik...