18.2.2021
Azərbaycan Sığortaçılar Assosiasiyası 2020-ci ilin yekunlarına həsr etdiyi “İllik icmal” bülletenində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə bağlı maraqlı statistika açıqlayıb.
Fins.az xəbər verir ki, ASA-nın bülletenində ötən il ərzində baş vermiş qəzalarda ən çox zərər vurmuş avtomobil markalarını və onların sayı açıqlanıb.
“İllik icmal”a görə, 2020-ci il ərzində ən çox zərər vuran avtomobil markaları siyahısına 3829 dəfə qəza törətməklə “VAZ” markalı avtomobillər başçılıq edir. Siyahıda ikinci yerdə 3771 dəfə zərərvurma ilə “Mercedes-Benz”, 3-cü yerdə isə 1494 dəfə zərərvurma ilə “Hyundai” markalı avtomobillər yer alır.
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Abas Miskərlinin başçılıq etdiyi nümayəndə heyəti ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin...
Türk Dünyası Sığorta Birliyinin Türkiyənin Qaziantep şəhərində keçirilən 2-ci Assambleyasında Birliyin sədri postuna səsvermə keçirilib. ASA-dan verilən məlumata görə, sədrlik...