RU EN

Azərbaycanda sığorta sektorunun inkişafına həsr olunmuş tədbir keçirilib.

27.9.2024

Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Sığortaçılar Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində yerli sığorta sektorunun inkişafı məqsədilə tədbir keçirilib.
ASA-dan verilən məlumata görə, beynəlxalq mütəxəssislərin də iştirak etdiyi tədbir “Sığortada İnstitusional Mükəmməllik: Perspektivlər, Çağırışlar və İmkanlar” mövzusuna həsr olunub.
PwC, KPMG, SEDDK və AMBEST kimi xarici təşkilatların iştirak etdiyi tədbirdə “Solvency II”, “IFRS 17”, sığorta sektorunda inkişafın davamlılığı, risklərin idarə edilməsi, sığortada informasiya təhlükəsizliyi, katastrofik risklərin tənzimlənməsi və s. kimi aktual mövzular başlıca müzakirə istiqamətləri olub.
Tədbirdə çıxış edərək öz təcrübələrini bölüşən xarici ölkələrin sığorta mütəxəssisləri respublikamızda sığorta sənayesinin hazırkı inkişaf dinamikasını, habelə aparılan sektorial islahatları müsbət qiymətləndiriblər.
Qeyd edək ki, bu tədbir Azərbaycan Respublikasının Mərkəzi Bankının yeni inkişaf strategiyasına uyğun olaraq, yerli sığorta şirkətlərinin beynəlxalq trend və tendensiyalara əsaslanaraq dayanıqlı inkişafının təmin olunması məqsədilə təşkil olunub.

Son xəbərlər

Mərkəzi Bank ilə Böyük Britaniyanın “Chartered Insurance Institute” arasında strateji əməkdaşlıq münasibətləri qurulur

Mərkəzi Bank maliyyə sektorunun kadr potensialının artırılmasını hədəfləyən təşəbbüslərin həyata keçirilməsini davam etdirir. Belə ki, Mərkəzi Bank ilə Böyük...

20.7.2026

AmCham-ın Bankçılıq, Maliyyə və Sığorta Komitəsi “Əmlak sığortası və risklərdən qorunma: Mənzillərin və bizneslərin təhlükəsizliyinin təmin edilməsi” mövzusunda görüş təşkil edib

AmCham-ın Bankçılıq, Maliyyə və Sığorta Komitəsinin sədri Vüqar Namazov tədbiri giriş nitqi ilə açaraq qonaqları salamlayıb. Görüşdə Azərbaycan Respublikası Mərkəzi...

1.7.2026