RU EN

Sığortaçılar Assosiasiyası BMT-nin layihəsi çərçivəsində xeyriyyə aksiyası keçirib

27.9.2021

Azərbaycan Sığortaçılar Assosiasiyası BMT-nin “Uşaq əməyinin istismarına qarşı mübarizə” çərçivəsində layihələrin həyata keçirilməsinə dair təşəbbüsünə qoşularaq təşkil etdiyi xeyriyyə aksiyasını uğurla yekunlaşdırıb.

ASA-dan verilən məlumata görə, Azərbaycan Sığortaçılar Assosiasiyasının “Daha sağlam və sığortalı gələcək üçün” şüarı ilə başlatdığı xeyriyyə aksiyasına yerli sığorta bazarı iştirakçıları olan “Atəşgah Sığorta, “AzSığorta”, “Bakı Sığorta”, “Qala Həyat”, “Qala Sığorta”, “Meqa Sığorta”, “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətləri də qoşulub. Aksiya çərçivəsində aztəminatlı ailələrə və uşaq sığınacaqlarındakı məktəblilərə tədris ləvazimatları tədarük edilib.

Xeyriyyə layihəsi çərçivəsində sığorta şirkətlərinin ianələri əsasında toplanmış məktəbli ləvazimatları 3 sığınacaq, 1 əlil uşaqlar üçün reabilitasiya mərkəzi və 26 aztəminatlı ailədəki ümumilikdə 120 məktəbli uşağa hədiyyə edilib.

ASA-dan verilən məlumata görə, bu kimi korporativ sosial məsuliyyət layihələri növbəti dövr ərzində də sığorta şirkətlərinin dəstəyi ilə mütəmadi olaraq həyata keçiriləcək.

Qeyd edək ki, bu günə olan hesabata görə, dünyada hazırda 160 milyona yaxın uşağın əməyi istismar edilir. Məhz bu məqsədlə də BMT 2021-ci ili “Uşaq əməyinin istismarının aradan qaldırılması ili” elan edib. Təşkilatın bu istiqamətdə başlıca hədəfi 2025-ci ilə qədər uşaq əməyinin istismarının qarşısının tamamilə alınması yönündə layihələrin mütəmadi olaraq həyata keçirilməsidir.

Son xəbərlər

“CatMod Azərbaycan” seysmik risk modellərinin hazırlanması layihəsi müzakirə edilib

Azərbaycan Respublikasının yüksək seysmik risk zonasında yerləşməsi bu amilin ölkənin sosial-iqtisadi təhlükəsizliyinə təsirinin nəzərə alınmasını zəruri edir. Ölkəmizdə yaşayış...

29.1.2026

Azərbaycanda “InsurTech” ilə bağlı ilk dərsliyin təqdimat mərasimi keçirildi

  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Sığortaçılar Assosiasiyası...

26.1.2026