Kənd təsərrüfatı və çoxillik əkmələrin məhsulları - yanğın,dolu, sel və şaxta vurması hadisələrindən sığortalanır. Bu qaydalara görə həmin sığorta hadisələri nəticəsində kənd təsərrüfatı bitkilərinin məhsullarının zədələnməsi və məhv olması ilə əlaqədar kənd təsərrüfatı məhsulları istehsalçılarına dəyən zərərlərə sığorta təminatı verilir. Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə sığorta məbləği - bitkinin əkildiyi ərazinin sahəsi, gözlənilən məhsulun miqdarı və qiyməti nəzərə alınaraq hesablanır.
Əgər söhbət tingdən (şitil) gedirsə, sığorta məbləği həmin tingin bazar qiyməti əsasında hesablanır.
Sığortalanan bitki ağac və ya koldursa, onun təminatı üzrə sığorta məbləği gözlənilən məhsulun miqdarının üç misli nəzərə alınaraq hesablanır.