RU EN

ASA Türk Dövlətləri Təşkilatına üzv ölkələrinin QHT-lərinin həmrəylik Forumunda iştirak edir

24.11.2025

Bu gün Bakıda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, TİKA və "Ortaq Dəyərlər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrinin QHT-lərinin həmrəylik Forumu öz işinə başlayıb. Tədbirin rəsmi açılışında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin həmrəylik forumunun iştirakçılarına müraciətini oxuyub.
Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayevin rəhbərlik etdiyi nümayəndə heyətinin dəvətli olduğu forumda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasından 500-dən çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak edir.
Forumun nəticəsi olaraq TDT-yə üzv ölkələrin QHT-lərinin Platformasının təsis olunması gözlənilir. 8 ölkənin QHT-lərini birləşdirəcək Platformaya rəhbərliyi Azərbaycan edəcək.

Son xəbərlər

ASA Qazaxıstanda keçirilən beynəlxalq konqresdə iştirak edib

Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Abas Miskərli Qazaxıstana rəsmi səfəri çərçivəsində “Global Finance Association QRAFT”-ın təşkil etdiyi “4-cü Avrasiya...

18.9.2026

Azərbaycan Sığortaçılar Assosiasiyası ilə “Global Finance Association QRAFT” arasında əməkdaşlıq sazişi imzalanıb

ASA-dan verilən məlumata görə, Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə Avstraliyada qeydiyyatdan keçmiş beynəlxalq qeyri-kommersiya peşəkar assosiasiyası “Global Finance Association...

17.9.2026