RU EN

ASA Türkiyədə keçirilən beynəlxalq sığorta konqreslərində iştirak etdi

29.9.2025


Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin İstanbul şəhərində keçirilən 14-cü "Sığorta həftəsi" çərçivəsində sayca 4-cü dəfə təşkil olunmuş Beynəlxalq Sığorta Zirvəsində və Beynəlxalq Sığorta Konqresi və Sərgisində iştirak edib. 30-dan çox ölkənin maliyyə requlyatorlarının və sığorta assosiasiyalarının rəhbərlərinin, o cümlədən, sığorta mütəxəssisləri və sığorta agentlərinin iştirak etdiyi builki tədbirlər "Rəqəmsal gələcək: Texnologiya sığorta sektorunu necə dəyişdirir?" mövzusuna həsr olunmuşdu.
Beynəlxalq Sığorta Konqresi və Sərgisində Azərbaycan Sığortaçılar Assosiasiyası üçün xüsusi olaraq təşkil olunmuş stend tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev 14-cü "Sığorta həftəsi" çərçivəsində təşkil olunmuş tədbirlərdə Türkiyənin Sığorta və Özəl Pensiya Nəzarət və Tənzimləmə Qurumunun sədri Davut Menteşlə, Türkiyə Sığorta Birliyinin sədri Uğur Gülənlə, Özbəkistan Peşəkar Sığorta Bazarı İştirakçıları Assosiasiyasının sədri Oybek Xalilovla, Şimali Kipr Sığorta və Təkrarsığorta Şirkətləri Birliyinin sədri Börte Barlasoğlu ilə, Rumıniya Sığorta və Təkrarsığorta Şirkətləri Milli Assosiasiyasının sədri Aleksandru Ciuncan ilə, habelə, Türkiyə Odalar və Borsalar Birliyinin Sığorta Agentləri Şurasının sədri Nevzat Yavuzla ilə ikitərəfli görüşlər keçirərək sığorta sektorumuz haqqında məlumatlar verməklə qarşılıqlı münasibətləri müzakirə edib.

Son xəbərlər

ASA "Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı" ilə bağlı tədbirində iştirak edib

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Abas Miskərlinin başçılıq etdiyi nümayəndə heyəti ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin...

13.10.2026

Türk Dünyası Sığorta Birliyinə yeni sədr və baş katib seçilib

  Türk Dünyası Sığorta Birliyinin Türkiyənin Qaziantep şəhərində keçirilən 2-ci Assambleyasında Birliyin sədri postuna səsvermə keçirilib. ASA-dan verilən məlumata görə, sədrlik...

10.10.2026