17.9.2026
ASA-dan verilən məlumata görə, Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə Avstraliyada qeydiyyatdan keçmiş beynəlxalq qeyri-kommersiya peşəkar assosiasiyası “Global Finance Association QRAFT” (GFA QRAFT) arasında institusional üzvlük və əməkdaşlıq haqqında saziş imzalanıb.
Sazişi ASA-nın İcraçı direktoru Abas Miskərli və GFA QRAFT-ın Prezidenti Marina Şuklinova imzalayıblar.
Sənədə əsasən, ASA GFA QRAFT-da “Association Partner” kateqoriyası üzrə institusional üzv statusu əldə edir. Əməkdaşlıq sığorta və maliyyə bazarlarının inkişafı, beynəlxalq bilik və təcrübə mübadiləsi, təhsil və tədqiqat, eləcə də aktuar modelləşdirmə, risklərin idarə edilməsi, süni intellekt və rəqəmsal transformasiya sahələrində birgə təşəbbüsləri əhatə edir.
Tərəflər, həmçinin birgə peşəkar tədbirlərin, təhsil proqramlarının, tədqiqat və analitik layihələrin həyata keçirilməsini, Azərbaycan sığorta bazarının beynəlxalq platformalarda təmsilçiliyinin genişləndirilməsini nəzərdə tuturlar.
Saziş çərçivəsində ASA GFA QRAFT-ın Beynəlxalq Şurasında təmsil olunmaq üçün rəsmi nümayəndə namizəd göstərmək və Azərbaycan sığorta bazarı üçün aktual beynəlxalq layihə və təşəbbüslər irəli sürmək hüququ əldə edir.
rəsmi üslubda rus və ingiliscəyə çevir
Azərbaycan Mikromaliyyə Assosiasiyasının təşkilatçılığı ilə və Azərbaycan Sığortaçılar Assosiasiyası da daxil olmaqla digər maliyyə assosiasiyaları ilə əməkdaşlıq çərçivəsində “Mikromaliyyədə...
Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru cənab Abas Miskərli Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Birol Akgünün...