RU EN

“CatMod Azərbaycan” seysmik risk modellərinin hazırlanması layihəsi müzakirə edilib

29.1.2026

Azərbaycan Respublikasının yüksək seysmik risk zonasında yerləşməsi bu amilin ölkənin sosial-iqtisadi təhlükəsizliyinə təsirinin nəzərə alınmasını zəruri edir. Ölkəmizdə yaşayış binalarının və sənaye obyektlərinin tikintisinin intensiv inkişafı fonunda isə ayrı-ayrı şəhərlər, yaşayış məntəqələri və tikinti obyektləri  üzrə zəlzələ təhlükəsinin dərəcəsinin etibarlı və elmi əsaslarla qiymətləndirilməsinə xüsusi ehtiyac yaranır.

Bu qiymətləndirmə fövqəladə hallar və onların yarada biləcəyi mümkün sosial-iqtisadi zərərlərə qarşı ölkənin müdafiə sisteminin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Katastrofik risklərin effektiv idarə olunması məqsədilə beynəlxalq təcrübənin, o cümlədən bu sahədə qabaqcıl mövqeyə malik olan qardaş Türkiyə Respublikasının müvafiq təcrübəsinin öyrənilməsi də mühüm əhəmiyyət daşıyır.

İcbari Sığorta Bürosu ilə Türkiyənin “T-Rupt” Texnoloji A.Ş. şirkəti arasında imzalanmış əməkdaşlıq müqaviləsinə uyğun olaraq  “CatMod Azərbaycan” adlı seysmik risk modeli hazırlanıb.

Layihə çərçivəsində görülmüş işlərin icra vəziyyətini müzakirə etmək məqsədilə Türkiyənin “T-Rupt” Texnoloji A.Ş. şirkətinin nümayəndələri ilə görüş keçirilib. Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndə heyətinin və sığorta sektorunun iştirakı ilə keçirilən tədbirdə bildirilib ki, hazırlanan modelin əsas məqsədi təbii fəlakətlərin daşınmaz əmlaka mümkün təsirini obyektiv şəkildə qiymətləndirmək, sığorta şirkətləri üçün risklərin daha dəqiq modelləşdirilməsini təmin etməkdir. Bununla yanaşı, model sığorta sektorunun fövqəladə hallara hazırlıq və cavabvermə imkanlarını gücləndirməyi hədəfləyir.

 “CatMod Azərbaycan” layihəsi ölkədə daşınmaz əmlakın icbari sığortası sisteminin dayanıqlığının artırılmasına, risklərin elmi əsaslarla idarə olunmasına və sığorta bazarının uzunmüddətli və dayanıqlı inkişafına mühüm töhfə verəcək. 

Son xəbərlər

ASA Qazaxıstanda keçirilən beynəlxalq konqresdə iştirak edib

Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Abas Miskərli Qazaxıstana rəsmi səfəri çərçivəsində “Global Finance Association QRAFT”-ın təşkil etdiyi “4-cü Avrasiya...

18.9.2026

Azərbaycan Sığortaçılar Assosiasiyası ilə “Global Finance Association QRAFT” arasında əməkdaşlıq sazişi imzalanıb

ASA-dan verilən məlumata görə, Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə Avstraliyada qeydiyyatdan keçmiş beynəlxalq qeyri-kommersiya peşəkar assosiasiyası “Global Finance Association...

17.9.2026