RU EN

8 Noyabr – Zəfər Günü ərəfəsində ASA-nın və üzv sığorta şirkətlərinin rəhbərlikləri və nümayəndələrinin iştirakı ilə Zəfər Parkına kollektiv ziyarət təşkil olunub.

6.11.2026

Ziyarət çərçivəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, memorial abidənin önünə gül dəstələri düzülüb.
Azərbaycan sığorta sektorunun təmsilçiləri tarixi Zəfərimizin xalqımızın sarsılmaz iradəsinin, milli birliyinin və qəhrəmanlığının təntənəsi olduğunu vurğulayaraq, bu möhtəşəm Zəfəri bizə yaşadan şəhidlərimizin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.

Son xəbərlər

ASA və ASA-ya üzv sığorta şirkətləri Müşfiqabad qəsəbəsində təşkil olunan ağacəkmə aksiyasına iştirak ediblər.

Aksiya, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu" çərçivəsində...

6.11.2026

ASA rəhbərliyi 12-ci Mikromaliyyə Konfransında iştirak edib

Azərbaycan Mikromaliyyə Assosiasiyasının təşkilatçılığı ilə və Azərbaycan Sığortaçılar Assosiasiyası da daxil olmaqla digər maliyyə assosiasiyaları ilə əməkdaşlıq çərçivəsində “Mikromaliyyədə...

2.11.2026